AŞ ABŞ-ın dinc nümayişçilərə qarşı güc tətbiqi və onların həbsindən narahatdır
Tarix: 21.08.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Avropa Şurası ABŞ-ın Missuri ştatındakı Ferqyuson şəhərində polis tərəfindən dinc nümayişçilərə, həmçinin orada baş verən hadisələri işıqlandıran jurnalistlərə qarşı güc tətbiq olunması və onların həbs edilməsindən çox narahatdır. Avropa Şurasının rəsmi saytında yer alan məlumata görə, bu barədə təşkilatın baş katibi Torbyorn Yaqlandın Ferqyusondakı hadisələrlə bağlı bəyanatında deyilir.
T.Yaqland qeyd edib ki, bu, sərbəst toplaşma və ifadə azadlığı kimi insan hüquqlarını pozur: "Bu hüquqlar demokratiyanın əsasını təşkil edir. Hər hansı bir məhdudiyyət qanun çərçivəsində olmalıdır. Həm dövlət orqanları, həm də etirazçılar təmkinli və məsuliyyətli olmağa çalışmalıdır".
O bildirib ki, ABŞ Avropa Şurasında müşahidəçi dövlət olarkən, təşkilatın prinsipləri və dəyərlərinə dəstək olacağına razılıq verib.
Avropa Şurasının baş katibi Maykl Braunun ölümü ilə bağlı düzgün istintaqın aparılacağına da inandığını bildirib.
Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferqyuson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gənc polis tərəfindən güllələnərək öldürülüb. Onun öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxunu həbs edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23.05.2019
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info