Gəncədə Azərbaycan və Avropa gənclərinin birgə forumu işə başlayıb
Tarix: 21.08.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Avqustun 21-də Gəncədə “ASAN könüllüləri” Gənclər Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq” gənclər forumu öz işinə başlayıb. 15 ölkə daxil olmaqla, ümumilikdə, 70 nəfərədək gəncin qatıldığı forumun əsas məqsədi Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai fəallığını və sosial layihələrdə iştirakının inkişaf etdirilməsinə təşəbbüs göstərməkdir.
Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, gəncləri müzakirə ediləcək mövzular ətrafında daha fəal olmağa çağırıb, eyni zamanda, 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilən Gəncədə gənclərin fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb. Tədbirdə “Avropa cəmiyyətlərinin mədəni və sosial-iqtisadi müxtəlifliyini nəzərə alaraq Avropa ölkələri hansı yollarla hər kəsə bərabər təhsil imkanlarını təmin edə bilər?”, “Əqli mülkiyyət hüquqlarını təmin və müdafiə olunması üçün Avropa ölkələri hansı tədbirləri görməlidir?”, “Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrdə sosial xidmət sahəsindəki nöqsanlar və bu qüsurların aradan qaldırılması üçün üzv ölkələrdə hansı mümkün həll yolları irəli sürülməli və modellər qəbul olunmalıdır?” və s. mövzularda məruzələr dinlənilərək müzakirə edilib. Forum avqustun 24-dək davam edəcək. Bu müddət ərzində iştirakçıların Gəncənin maddi-mədəni abidələrinə, eləcə də tarixi yerlərinə ekskursiyaları təşkil olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info