“Başqa ölkədə oynadığımızı hiss etmədik”
Tarix: 21.08.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


“Hava çox isti idi. Ona görə də ilk hissənin sonunda komanda müdafiəyə çəkildi. Yarımmüdafiədə səhvlərə yol verdik. Topa nəzarət etmək çətin idi. Asiya oyunlarına tam hazır olduğumuzu artıq söyləyə bilərik”. Bunu Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov deyib.
Özbəkistanlı çalışdırıcı millimizlə yoldaşlıq oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında azərbaycanlı futbolçuların texnikalı olması ilə bağlı qarşılaşmadan öncə dediyi fikirində qaldığını bildirib: “Yenə düşünürəm ki, azərbaycanlılar texniki cəhətdən çox güclüdür. Bu yoldaşlıq oyununda ola bilər ki, texnika nümayiş etdirmək mümkün olmasın. Biz başqa ölkədə oynadığımızı hiss etmədik. Çünki bizi azarkeşlərimiz yaxşı dəstəklədi”.
Qasımov bildirib ki, qarşılaşma FİFA-nın “pəncərə”sində olmadığı üçün əsas heyət üzvlərini Bakıya gətirməyiblər: “Oyundan öncə saytlarımızdan birində tənqid olunmağım təbiidir. Heç kəs ikinci heyəti görmək istəmir. Bunu təbii qarşılamaq lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info