Əhməd Davudoğlu Türkiyənin yeni Baş naziri təyin olundu
Tarix: 22.08.2014 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin yeni Baş naziri təyin olunub. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu jurnalistlərə ölkənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bundan əvvəl avqustun 21-də yeni Baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Ə.Davudoğlunun namizədliyi irəli sürülüb.
Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Telekanalın məlumatına görə, Ə.Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info