Polis özbaşınalığı ABŞ-da daha bir ştatı ayağa qaldırdı
Tarix: 22.08.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Missuri ştatının Ferqyuson şəhərində bir neçə gün əvvəl qaradərili Mayk Braun və Daniel Uillardın qətli ilə nəticələnən polis özbaşınalığı ilə bağlı etiraz aksiyaları davam edir. Amerika mətbuatının verdiyi xəbərə görə, etiraz aksiyaları Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərini də əhatə edib.
Məlumata görə, bu şəhərdə etirazlara səbəb avqustun 11-də 20 yaşlı Dillon Teylor adlı gəncin “7-Eleven” mağazası qarşısında polis əməkdaşı tərəfindən qətlə yetirilməsi olub. Polis onun silahlı müqavimət göstərdiyini iddia etsə də, Teylorun tərəfdarları insident zamanı onun silahsız olduğunu bildirirlər.
Hadisədən 10 gün keçməsinə baxmayaraq, polisin bu insidenti gizlətməyə cəhd etməsi insanların qəzəbinə səbəb olub.
Etirazçılar polis məntəqəsinin qarşısında aksiya təşkil edərək “Ədalətsizliyə son” şüarları səsləndirib. Aksiya iştirakçıları polis terroruna və polis özbaşınalığının qurbanlarına qarşı ədalətsiz yanaşmaya son qoymağa çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Türksat 5A“ peyki 2020-ci ilin son rübündə orbitə buraxılacaq
03.06.2020
Mәsciddә terror aktı törәdilib, ölәnlәr var
03.06.2020
İran Aİ ölkələrini ABŞ-da keçirilən nümayişlərə qarşı səssiz qalmaqda günahlandırıb
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da etiraz aksiyaları davam edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info