“Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşmək mənim üçün böyük fəxr idi”
Tarix: 22.08.2014 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan parlaq və möhtəşəm mədəniyyətə malikdir. Bunu fransalı bəstəkar Pyer Tillo bildirib.
Azərbaycana 14 ildən çoxdur səfər etdiyini deyən bəstəkar qeyd edib: "Emosional baxımdan Azərbaycan musiqisindən çox təsirləndim. Bu musiqini ilk dəfə dinləyəndə həqiqətən də təsirləndim. Anlaya bilmirdim ki, niyə Avropada, o cümlədən Fransada heç kəs bu musiqiyə diqqətlə qulaq asmayıb".
P.Tillo 2003-2005-ci illərdə Azərbaycanda yaşayıb və Bakıda Fransa səfirliyində işləyib. O, 2008-ci ildən ölkəmizə mütəmadi olaraq səfər edib və xaricdə Azərbaycan tarixi və mədəniyyətinin təbliği üçün xeyli səy göstərir. Bəstəkar Xocalı faciəsinə həsr edilmiş "Xocalı 613" klassik musiqi əsərinin müəllifidir.
Onun sözlərinə görə, özünün konsert proqramlarından birinə Azərbaycan milli musiqi əsərini daxil etmək qərarına gəlib. Lakin sonradan bəstəkar bunun kifayət etmədiyini hiss edib: "Məqsədim başqa insanlara özləri üçün mənim kəşf etdiyimi kəşf etmək imkanı vermək olub. Üstəlik, Azərbaycan mədəniyyəti tamamilə özünəyetərlidir".
Bəstəkarın sözlərinə görə, onun Azərbaycan milli musiqisinə marağı və bu musiqini daha çox insanın dinləyə bilməsi arzusu "Festival de Syam"ın keçirilməsi ideyasını yaratdı.
2014-cü il iyulun 4-11-də Fransanın Jura dağlarında yerləşən qədim Siam qəsrində fransalıların Azərbaycanın mədəni dəyərləri ilə yaxından tanış olması üzrə layihələr reallaşdıran Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Syam" festivalı keçirilib. "Festival de Syam" Azərbaycan milli musiqisinə həsr edilmişdi. Dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkar, ifaçı və musiqiçi festivalda iştirak etmişdi.
P.Tillo vurğulayıb ki, hər şey Azərbaycanın Avropa Şurasında (AŞ) sədrliyi ilə eyni dövrdə baş verirdi: "Avropa Şurasında 47 ölkə var, yəni bu ölkələr üçün 47 musiqi əsəri. Lakin biz nəticədə daha çox şey etdik, daha dəqiqi, festival zamanı 60-dan artıq Azərbaycan milli musiqisi səsləndirildi".
Bəstəkar festivalın keçirilməsində Heydər Əliyev Fondunun mühüm rolunu qeyd edib: "Heydər Əliyev Fondu olmadan bu festival sadəcə olaraq baş tutmazdı".
P.Tillo qeyd edib: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşmək mənim üçün böyük fəxr idi. Görüş zamanı Azərbaycanın birinci xanımına Azərbaycan musiqisi ilə bağlı öz layihəmi təqdim etdim. Bununla da festivala sürətlə hazırlığa başlamaq üçün Fondun dəstəyini qazandım. Belə möhtəşəm dəstək mənim üçün yaxşı motivasiya oldu və mən daha çox şey etmək istədim".
O, əlavə edib ki, Azərbaycanın birinci xanımının ölkə mədəniyyətinə verdiyi dəstəkdən hədsiz dərəcədə heyran olmaq olar: "Azərbaycan kimi öz mədəniyyətinə hərtərəfli və fədakarcasına dəstək verən digər ölkə tanımıram. Məsələn, festivalın hər bir tamaşaçısı özü ilə kitab, kompakt-disk apara və Azərbaycanın milli mətbəx nümunələrindən dada bildi. Hər kəs sevinc içində idi. Festival, onun iştirakçılarının müsbət emosiyası, şübhəsiz, Heydər Əliyev Fondunun xidmətidir".
Bəstəkarın sözlərinə görə, mədəniyyətin yayılmasına yardım etmək dünyada ən böyük hədəflərdən biridir və Heydər Əliyev Fondu bunu qeyri-adi ustalıqla edir: "Bu işdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidməti danılmazdır. Mən bu sahədə Azərbaycanın birinci xanımının fəaliyyətinə çox heyranam. O, Azərbaycan mədəniyyətinin əzəmətinin təbliğatı işində qeyri-adi enerji sərf edir. Bu məni çox sevdiyim Azərbaycan mədəniyyətinin bütün tərəflərini insanlara göstərməyə sövq etdi. Biz mədəniyyətin inkişafı üçün etdiklərinə görə Azərbaycanın birinci xanımına minnətdar olmalıyıq".
P.Tillo bildirib ki, Azərbaycana ilk səfərində özü üçün muğamı kəşf etdi: "Adətən, ölkəyə ilk dəfə gələrkən yerli milli musiqini tapmaq üçün musiqi mağazasına yollanıram. Bu, ölkə və sakinləri haqqında çox şey deyə bilər. Zənnimcə, dövlətin öz milli musiqisini qoruması - belə musiqi həqiqətən də qiymətsizdir - onun gücünü göstərir".
Onun sözlərinə görə, Azərbaycan əhalisinin milli musiqi ilə sıx bağlılığına vurğun olub: "Bir dəfə Bakı aeroportunda qəribə səhnənin şahidi oldum. Həmin səhnəni Fransada və ya Avropada heç vaxt görə bilməzdim. Biz pasportların yoxlanışını gözləyirdik, bu zaman smartfonda muğam dinləyən 4 polisi gördüm. Onlar bu musiqiyə elə şövqlə qulaq asırdılar ki! Bu məni olduqca həyəcanlandırdı və o andan etibarən bu ölkə məni daima heyrətləndirdi. Razılaşın ki, muğam oxuyan naziri görmək olduqca qəribədir. Siz xalq mahnısını bütün variantlarda ifa edən fransalı nazir təsəvvür edirsinizmi? Heç vaxt!"
Bəstəkarın fikrincə, Azərbaycanda mədəniyyətə necə yanaşılması çox şeydən xəbər verir: "Mədəniyyət burada yaşayır və onu adi işçidən tutmuş ölkənin ali rəhbərinə kimi hamı sevir. Mən bunu Fransada da arzu edirəm! Lakin təəssüf ki, bu yalnız xəyaldır".
P.Tillo qeyd edib: "İndi musiqi anlayışımın daha dərin olduğu bir vaxtda Üzeyir Hacıbəyli kimi muğamı öz simfoniyalarıma daxil etməyə başlamışam. Bu, həmin musiqini nə qədər çox sevdiyimi təsdiq edir. Bu musiqi zəngindir və insanlara sevgi ilə doludur. Muğam həqiqətən də güclüdür və gözəldir. Qərb musiqisi kimi, mədəniyyət və humanizmi öyrədir. Mən bu dəyərləri təbliğ etdiyimə görə xoşbəxtəm. Bu mənim üçün sadəcə iş deyil, həqiqətən də fəxrdir. Bəstələdiyim musiqi Azərbaycana hədiyyəmdir".
O bildirib ki, deyilənə görə, musiqi müalicə edir və ruhu sakitləşdirir: "Lakin ilk növbədə musiqi öz-özlüyündə elə güclü alətdir ki, o, söz tələb etmir. İnsanların ruhuna nüfuz edir. Nitsşe deyib ki, musiqisiz həyat xəta olardı. O haqlıdır".
Bəstəkarın sözlərinə görə, buna görə də insanların ağıl və ürəkləri dinlədikləri musiqidə rahatlıq axtarır: "Məhz musiqi Xocalı qurbanlarını xatırlamağımızı və onları heç vaxt unutmayacağımızı gösrtərmək üçün vasitə olub".
"Xocalı 613" əsəri ilk dəfə 2013-cü il fevralın 21-də Parisdə səsləndirilib. Londonda isə əsər ilk dəfə 2013-cü il fevralın 26-da Smith Square meydanındakı "St John`s" kilsəsində ifa olunub. Bəstəkar əsərdə Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.
P.Tillo qeyd edib: "Mən insanlara Azərbaycan musiqi məktəbinin gücünü və virtuozluğunu göstərmək istərdim. Bakıda çox vaxt keçirmişəm və burada bir çox musiqiçi və bəstəkarla görüşmüşəm. Burada o qədər gözəllik var ki! Ölkəmizin mədəniyyətində olmayan şey sizin mədəniyyətinizdə var və bununla fəxr etmək olar. Həqiqətən də Azərbaycan "Min bir gecə" nağılındakı ölkəyə oxşayır: burada gözəl mədəniyyət, daimi dəyərlər, bu ölkə ilə bağlılığınıza görə sizi fəxr etməyə məcbur edən hər şey var".
Bəstəkar hesab edir ki, Azərbaycana olan hisslərini anlamaq üçün sadəcə onun musiqi əsərlərini dinləmək lazımdır: "Azərbaycan mənim qəlbimdədir və mən bunu hörmət və sevgi ilə deyirəm".




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info