“Girovları yayın əvvəlində xüsusi əməliyyatla azad etməyi planlaşdırsaq da...”
Tarix: 22.08.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Terrorçularla heç bir halda danışıqlara getməyəcəyik və girovlara görə pul verməyəcəyik.
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib ki, girovlara görə pul ödənilsə, ABŞ vətəndaşları daha çox oğurlanma riski ilə üz-üzə qala bilər.
O, İŞİD və digər silahlı qruplaşmaların tərkibində döyüşən xarici vətəndaşlar barədə danışıb: “Orada ABŞ vətəndaşları azdır, lakin həmin qruplaşmalarda 50 ölkədən 12 minə yaxın insan döyüşür. Biz Suriya və İraqla həmsərhəd olan ölkələri bu məsələdə diqqətli olmağa çağırırıq”.
M.Harf Suriya və İraqla həmsərhəd olan Türkiyədə xarici vətəndaşların Avropa dövlətlərinin pasportu ilə rahat hərəkət etməsindən ciddi narahat olduqlarını dilə gətirib.
Amerikalı jurnalist Ceyms Folinin öldürülməsinə gəldikdə isə M. Harf qeyd edib ki, ABŞ girovları başqa yollarla azad etməyə çalışıb: “Girovları yayın əvvəlində xüsusi əməliyyatla azad etməyi planlaşdırsaq da, heç bir əməliyyat baş tutmadı”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info