Azərbaycandakı FARABI sisteminin üstünlükləri Qırğızıstanda təqdim edilib
Tarix: 22.08.2014 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və yerli İT-şirkəti olan SINAM ölkənin dövlət büdcəsinin idarəedilməsi üzrə kompleks həlli sahəsində mövcud təcrübəsini Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi ilə bölüşüblər. Bu haqda Qırğızıstan Respublikasının Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Qırğızıstanda təşkil olunmuş rəsmi görüşdə Azərbaycan nümayəndə heyəti Azərbaycanın “Xəzinadarlığın idarə edilməsinin informasiya sistemi”ni (TIMS) və “Büdcədən təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sistemini (FARABI) təqdim edib.
Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev iştirakçılara “Xəzinadarlığın idarə edilməsinin informasiya sistemi” (TIMS), həmçinin yeni texnologiyaların gündəlik fəaliyyətdə istifadəsinin üstünlükləri haqqında ətraflı danışıb. Görüş iştirakçılarına həmçinin Azərbaycan büdcəsinin strukturu, tətbiq edilən beynəlxalq standartlar və büdcədən maliyyələşən təşkilatlarda vahid mühasibatlıq uçotu sisteminin tətbiqi sahəsində istifadə olunan innovasiyalar, xəzinadarlıq və mühasibat hesablarının inteqrasiyası sahəsində müvəffəqiyyətlə aparılmış işlər haqqında məlumat təqdim olundu.
“Xəzinadarlığın idarə edilməsinin informasiya sistemi” Azərbaycan ərazisində maliyyələşdirmədən başlayaraq real zaman rejimində hesabatların alınmasınadək, yəni həyata keçirilən bütün xəzinadarlıq əməliyyatlarının, həmçinin IPSAS əsasında işlənib hazırlanmış milli standartlara uyğun mühasibatlıq uçotu əməliyyatlarının aparılması təmin edir.
Təqdimat zamanı SINAM şirkətinin prezidenti Elçin Əliyev dövlət büdcəsinin idarə edilməsi üzrə kompleks həlli və FARABI sistemi haqqında ətraflı məlumat verdi. Təqdimat zamanı hazırda Azərbaycanda tətbiq olunan FARABI sistemin üstünlükləri təqdim edildi.
Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edən FARABIsistemi Azərbaucanın maliyyə sistemində SINAM şirkəti tərəfindən tətbiq olunur. Layihə çərçivəsində bütün sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə HesabatlarınınBeynəlxalq Standartları (IFRS) əsasında aparılır.
Görüş zamanı Qırğızıstan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri Azərbaycan və Qırğızıstanın həm büdcə sistemlərinin, həm də həmin sistemlərin təkmilləşdirilməsi məqsədilə atılan addımların olduqca oxşar olduqlarını qeyd etdilər. Bu, Azərbaycan informasiya sistemlərinin tətbiqi sahəsindəkitəcrübəsini Qırğızıstanın maliyyə sistemində də istifadə edilməsi üçün perspektivlər açır.
Səfər zamanı Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Qırğızıstan Respublikasının Maliyyə nazirinin vəzifəsini icra edən Almaz Baketayevlə də görüş keçirdi. Görüş zamanı A.Baketayev ölkənin maliyyə sistemində həyata keçiriləcək islahatlar haqqında qısa məlumat verdi. Azərbaycan nümayəndəsi isə qeyd etdi ki, Azərbaycan tərəfi Qırğızıstanın Maliyyə Nazirliyi və Xəzinadarlığı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır. Tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını vurğuladılar.
Xatırladaq ki, artıq bir neçə ildir ki, Qırğızıstanın dövlət qurumları ölkənin elektron hökumət sahəsində müxtəlif miqyaslı informasiya sistemlərini tətbiq edən Azərbaycanın SİNAM şirkəti ilə müvəffəqiyyətlə əməkdaşlıq edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info