Ukraynalılar iş dalınca xaricə qaçırlar
Tarix: 22.08.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Ukrayna hökumətinin üzləşdiyi ağır iqtisadi durum artıq ölkə vətəndaşlarının həyatına da mənfi şəkildə təsir etməyə başlayıb. Belə ki, ölkənin şərqində cərəyan edən hadisələr və Ukrayna hökumətinin büdcəni doldura bilməməsi bir sıra iqtisadi çətinliklərlə yanaşı işsizliyin də artmasına səbəb olub. İqtisadi böhranla üzləşən Ukraynada insanlar daha çox qonşu ölkələrə iş dalınca üz tutmağa başlayıblar. Polşa mətbuatı yazır ki, Ukrayna vətəndaşları kütləvi şəkildə iş dalınca bu ölkəyə də gedirlər. Cari ilin 6 ayında polşalı sahibkarlar keçmiş SSRİ ölkələrindən 191 min nəfərə iş təklif ediblər. Mətbuat Polşanın Əmək və Sosial Siyasət Nazirliyinin məlumatlarına istinad edir. Gələnlərin əksəriyyəti -183 min nəfəri Ukrayna vətəndaşıdır. Qalanlar isə Ermənistan, Belarusiya, Gürcüstan, Moldova və Rusiya vətəndaşlarıdır. Yerli ekspertlər hesab edirlər ki, siyasi qeyri-sabitlik və iqtisadi vəziyyət ucbatından 2014-cü ildə rekord sayda ukraynalı ölkəni tərk edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info