Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinin başçısı ilə görüşüb
Tarix: 22.08.2014 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə avqustun 21-də bu ölkənin Urmiya şəhərində Qərbi Azərbaycan vilayətinin başçısı Qurbanəli Səadətlə görüşüb.
Qərbi Azərbaycan valiliyinin rəsmi saytında yer alan məlumata görə, görüşdə Q.Səadət Qərbi Azərbaycan vilayəti və Azərbaycan Respublikasının çoxsaylı ortaq cəhətlərinə diqqət çəkərək iki tərəf arasında əməkdaşlığın daha da genişlənməsinin zəruriliyini vurğulayıb.
O, qeyd edib ki, Qərbi Azərbaycan Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq və münasibətlərin dərinləşməsini müsbət dəyərləndirir.
Vali, həmçinin Naxçıvan və Qərbi Azərbaycan arasındakı Poldəşt sərhəd keçid məntəqəsi infrastrukturunun inkişafı üzrə aparılan işləri vurğulayaraq, ticarət münasibətlərinin genişlənməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini deyib.
Ə.Əlizadə iki ölkə rəsmilərinin qarşılıqlı münasibətlərin gücləndirilməsi məqsədilə addım atdıqlarını deyərək ümidvar olduğunu bildirib ki, rəsmi şəxslərin fəaliyyəti nəticəsində Qərbi Azərbaycan və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq.
O, həmçinin Q.Səadəti Azərbaycan Respublikasına səfərə dəvət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info