“Çumbinyo zədəli olduğu üçün oyunumuz alınmadı”
Tarix: 23.08.2014 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Çumbinyonun olmaması planlarımızı dəyişdi”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Qarabağ” Avroliqanın pley-off mərhələsi çərçivəsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov cavab matçında fərqli oynayacaqlarını deyib: “Mütləq dəyişikliklər ediləcək. Açığı, düşündüyümüz kimi oynaya bilmədik. Çumbinyo zədəli olduğu üçün oyunumuz alınmadı. Əvəzetmələrimizi tez etdik. Amma onlar da etimadı doğrultmadı. Bəlkə də biz rəqibdən daha açıq oyun gözləyirdik deyə belə oldu. Ümumi oyunu götürsək, Riçard Almeydanın oyunun alınmaması da Çumbinyonun olmaması ilə bağlı idi. Çünki o və komanda yoldaşları Çumbinyo ilə birgə oynamağa öyrəşib”.
Qurbanov Leory Corc və Danilo Diasın əvəzlənərək yerlərini gənc yerli futbolçulara verməsi haqda isə belə deyib: “Namiq Ələsgərovda bir qədər həyəcan var idi. Amma Cavid Tağıyevdə problem yox idi. Onları meydana buraxmaqla oyunda canlanma yaratmağı düşündüm. Fikrimcə, vaxtında edilən əvəzetmələr idi”.




 
Bölməyə aid digər xəbərlər
27.03.2019
“Real Madrid“ Beyli satmaq qərarına gəlib
26.03.2019
Mbappenin “Real”dan tələb etdiyi maaş
26.03.2019
Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib
25.03.2019
“Real“ Mbappeyə görə 280 milyon avro verməyə hazırdır
25.03.2019
Azərbaycan-Litva oyununda qalib müəyyənləşməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info