“Biz gənclər öz yurdumuza sahib çıxırıq”
Tarix: 23.08.2014 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Tural Nəbiyev: “İşğal günlərinin, faciəvi günlərimizin qeyd edilməsi bizlərdə düşmənə nifrət hissini artırır”
Artıq 21 ildir ki, Füzuli rayonu işğal altındadır. Rayon əhalisinin əksəriyyəti Horadizdə məskunlaşıb. Amma buna baxmayaraq əhalidə, xüsusən gənclərdə sabaha inam hissi və ictimai-siyasi aktivlik yüksək səviyyədədir. Elə YAP Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyevlə söhbətimizdə də, bunu hiss etdik. Qeyd edək ki, T.Nəbiyev eyni zamanda YAP Füzuli rayon təşkilatında Aparat rəhbəridir.
-Bir füzulili gənc kimi rayonunuzun işğal günlərini necə xatırlayırsınız?
- Mən o zaman 5-ci sinifdə oxuyurdum. Ermənilər Horadizə atəş açdılar. Biz ailəmizlə bir yerdə İran yolu ilə İmişli rayonu ərazisinə getdik və vaqonda məskunlaşdıq. Vaqonda yaşadığımıza görə, hətta, bizə “Vaqon uşaqları” da deyirdilər.
- Sizcə, Füzuli işğal olunmaya bilərdimi?
- Füzuli işğal olunmaya bilərdi. Əgər əhaliyə silah versəydilər, onlar elə özləri döyüşərdilər. Bu gün biz Horadizdə yaşayırıq. Horadiz və ətraf kəndlər ulu öndərin formalaşdırdığı ordunun düşmənə gücünü göstərdiyi ilk və sonuncu yerdir. Məhz bir hücumla 22 yaşayış məntəqəsi işğaldan azad olunduğuna görə düşmən atəşkəs sazişini imzaladı.
- Hər halda bir gənc olaraq hər il işğal günlərinin qeyd edilməsi sizin üçün də xoş deyil...
- Bir Füzuli-Qarabağ gənci olaraq işğal günlərinin, faciəvi günlərimizin qeyd edilməsi bizlərdə düşmənə nifrət hissini artırır və biz düşməndən qisas alacağımız günü səbirsizliklə gözləyirik.
- Dövlətin apardığı gənclər siyasəti füzulili gənclərdə öz təzahürünü necə göstərir?
- Bu gün dövlətimizin gənclərlə bağlı qəbul etdiyi hər bir fərman və sərəncam yüksək səviyyədə icra olunur, gənclərə yüksək qayğı var. Bundan başqa, gənclərimiz hər bir sahədə irəli çəkilir və işlə təmin olunur. Füzuli Rayon İcra Hakimiyyətində işləyənlərin əksəriyyətini gənclər təşkil edir. Füzuli rayonu əhalisinin 30 min nəfərdən artığını gənclər təşkil edir. YAP rayon təşkilatının üzvlərinin 2200-dən çoxu gənclərdir. Bu gün ölkəmizdəki sürətli inkişaf Füzuli rayonunun hər bir yaşayış məntəqəsində də özünü göstərir. Yollar salınır, müasir işıq sistemi quraşdırılır, yaşıllıqlar, yeni-yeni xidmət obyektləri istifadəyə verilir. Gənclərin boş vaxtlarını səmərəli keçirmələri üçün tikilən Heydər parkı, Heydər Əliyev Mərkəzi, Mədəniyyət sarayı, Gənclər evi, Şahmat məktəbi və başqa tikililər bizi çox sevindirir. Heydər Əliyev Fondunun köməkliyi ilə Horadiz şəhərində tikilən 180 yerlik məktəb, Gənclər Mərkəzini Mehriban xanım Əliyevanın füzulililərə böyük diqqət və qayğısı hesab edirik.
- Cəbhə bölgəsində yaşayırsız. Gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir?
- Cəbhə bölgəsində yaşayan gənclərin əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Belə ki, son zamanlar cəbhədə baş verənlər hamı kimi biz gənclərin də hiddətinə səbəb olur. Gənclərimiz Ali Baş Komandanın siyasətini bəyənir və bir nəfər kimi yeri gələrsə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazırdırlar.
- YAP Füzuli təşkilatı Gənclər Birliyi olaraq gənclərlə bağlı hansı tədbirlər keçirirsiz?
- YAP Füzuli təşkilatı Gənclər Birliyi olaraq daim gənclərimizlə görüşlər, dəyirmi masalar keçiririk. Bu tədbirlərimizdə əsas məsələ gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşması, hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi, doğma yurd yerlərimizin düşməndən azad olunması üçün daim hazır olmaları üçün söhbətlər aparırıq.
- Orada gənclərin ictimai-siyasi aktivliyi necədir?
- Şükürlər olsun ki, cəbhə bölgəsində yaşamağımıza baxmayaraq gənclərimiz hər bir sahədə aktivdirlər. İstər ali məktəbə qəbul olanların sayında hər il artımın olması, istər silahlı qüvvələrimizdə müddətdən artıq hərbi xidmət keçmək istəyən gənclərimizin sayında artım olması, istərsə də dövlət qulluğu və müvafiq sahələrdə gənclərimizin işə qəbul olunmasındakı say artımı buna misal ola bilər.
- Maraqlıdır, Füzulidə doğulmayan körpə və yeniyetmələr Füzuli haqda nə düşünürlər?
- Füzulinin işğalı zamanı anadan olmuş və yaxud da ondan sonra anadan olmuş uşaqların bu gün 21 yaşı tamam olur. Təbii ki, onlar Füzuli haqqında kitablardan, solmuş video lentlərdən, ata-babalarından məlumat alırlar. Amma bütün bunlara baxmayaraq biz gənclər öz yurdumuza sahib çıxırıq və inanırıq ki, ölkə başçımızın qətiyyətli siyasəti nəticəsində istər sülh, istərsə də müharibə yolu ilə Qarabağımızın hər qarış torpağını düşməndən azad edəcəyik və bütün məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar! O gün uzaqda deyil!
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info