“Məhsullarımızın Rusiya bazarında brend kimi yer tutması üçün çox gözəl fürsətdir”
Tarix: 23.08.2014 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracının artırılmasından sonra, ölkəmizə idxal olunan məhsulların həcminin artacağı gözlənilir”. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
“Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Birinci növbədə, bu, Azərbaycan məhsullarının Rusiya bazarında brend kimi yer tutması üçün çox gözəl fürsətdir. Bizim məhsullar adıçəkilən ölkənin bazarında çox yaxşı tanınır. Yaranmış vəziyyət isə bizim istehsalçılara əlavə üstünlük verir”, - deyə o bildirib. Nazir qeyd edib ki, Azərbaycan fermerlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracının artırılması, ölkəmizə xaricdən gətirilən məhsulların həcminə təsir edəcək: “Təbii ki, bizim məhsullar Rusiya bazarına çıxdıqca, xaricdən Azərbaycana məhsul idxalının artımı gözlənilir. Əslində əhali özü tələbatı formalaşdırmalıdır. Yaxşı olar ki, əhali yerli məhsulları alsın və xarici məhsullara heç bir tələbat yaranmasın. Təbii ki, xaricdən gələn məhsulların həcminin artımı iqtisadi cəhətdən qiymətə təsiredici amildir. Lakin dövlət qiyməti tənzimləmək siyasəti ilə məşğuldur. Təbii ki, idxalı, ixracı optimallaşdırmaqla da məşğul olacağıq. O ki qaldı qiymət məsələsinə, onu qeyd etmək istəyirəm ki, bir il bundan qabaq, kənd təsərrüfatı məhsullarının istehsalçıları dəfələrlə şikayət edirdilər ki, məhsullar bağlarda çürüyüb qalır, satılmır. İndi isə problem həll olunan kimi, məsələnin yaxşı tərəfləri qalıb bir kənarda, hər kəs qiymətin artımından danışır”.

“Kənd təsərrüfatı məhsullarının
sığortası” haqqında qanun layihəsi
gələn həftə Nazirlər Kabinetinə
təqdim olunacaq


Artıq Azərbaycanda “Kənd təsərrüfatı məhsullarının sığortası” haqqında qanunun layihəsi hazırlanıb. Bunu da jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, sənəd Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri ilə birgə hazırlanıb və gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq.
“Əhali bilməlidir ki, ölkədə quraqlıq, təbii fəlakətlər gözlənilən hallardır. Buna görə, məhsulları dövlət öz kənd təsərrüfatı məhsullarının böyük hissəsini öz üzərinə götürəcək və kənd təsərrüfatı məhsulları təbii fəlakətlərdən sığortalamalıdır”. Nazir bildirib ki, sadəcə hadisə baş verən zaman dövlətdən yardım gözləmək yanaşması metodu düzgün deyil: “Fermerə dəyən ziyan inzibati yollarla ödənilir. Amma bunu biz sistem halına salmalıyıq və əhali özünün məhsullarını sığorta etdirməlidir. Dövlət bu sığortada öz payını, yəni ən azı 50%-ni ortaya qoyacaq. Bütün mexanizmlər bununla tənzimlənməlidir. Hadisələrə fərdi yanaşmaq olmaz”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info