“Türkiyə şirkətləri Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlıdır”
Tarix: 23.08.2014 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Türkiyə Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü ilə Tiflis şəhər meri David Narmanianın dünən baş tutan görüşündə səsləndirilib.
Görüşdə Türkiyə səfiri Z.L.Gümrükçü Türkiyə şirkətlərinin gələcəkdə Gürcüstan paytaxtında həyata keçiriləcək layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib. Səfir Tiflis şəhər merini seçkilərdə əldə etdiyi qələbəyə görə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb: “Mən artıq altı aydır ki, Gürcüstandayam və Tiflisin gözəl şəhər olduğuna bir daha əmin oldum. Buna görə də şəhərin merinə xüsusi uğurlar arzulamaq istəyirəm. Görüşdə biz Türkiyə şirkətlərinin meriya tərəfindən elan olunan bütün layihələrdə iştirak etməyə hazır olduğunu bildirdik. Türkiyə tərəfi investisiya olunacaq layihələrlə tanış olmağa hazırdır”,- deyə Türkiyə səfiri bildirib.
Tiflis şəhər meri David Narmaniya jurnalistlərə açıqlamasında Türkiyə şirkətlərinin Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlı olduğunu bildirib: “Bu layihələrimizə investisiya yatırmaqda maraqlı olan Türkiyə şirkətləri ilə meriyada xüsusi təqdimat təşkil edə bilərik”, -deyə D.Narmania bildirib.
Şəhər meri görüşdə Gürcüstan və Türkiyə paytaxtlarının qardaşlaşması barədə məsələyə baxıldığını da bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info