Kəngərli rayonunda növbəti əmək yarmarkası
Tarix: 23.08.2014 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Kəngərli Rayon Məşğulluq Mərkəzində növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə mərkəzin direktoru Məzahir Rüstəmov çıxış edərək ölkəmizdə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın birinci mərhələsinin uğurlu icrasının yoxsulluğun nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxardığını bildirib.

Qeyd edilib ki, həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev bildirib ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Kəngərli rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Əmək yarmarkaları Kəngərli rayonu əhalisinin məşğulluğunun gücləndirilməsində, işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılmasında və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar. İşaxtaran vətəndaş Şəhriyar Quliyev bildirib ki, belə tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır. Şəhriyar Quliyev bu gün təşkil olunan növbəti əmək yarmarkasında işə göndəriş alanlar adından minnətdarlığını bildirib. Ümumilikdə 12 özəl və dövlət müəssisəsindən 49 boş iş yerinin çıxarıldığı yarmarkada 16 nəfərə işə göndəriş verilib, 1 nəfər isə peşə hazırlığı kursuna cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info