Şərurda yeni tapıntılar aşkarlanıb
Tarix: 23.08.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Şərur rayonu ərazisində yerləşən I Maxta qədim yaşayış yerində yeni tapıntılar əldə edilib. Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Səfər Aşurov məlumat verib.
Onun sözlərinə görə, Şərur rayonu ərazisində yerləşən I Maxta qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar İlk Tunc dövrünün bir çox problemlərinin həllində mühüm əhəmiyyətə malik olan arxeoloji materialların əldə edilməsi ilə seçilir. Yaşayış yerinin 300 kvadratmetr sahəsi qazıntılara cəlb olunub. 2014-cü ildə qazıntılar mədəni təbəqənin təqribən 3 m-lik dərinliyində aparılır. Bu təbəqədə iki dairəvi tikilinin qalıqları aşkar edilib. S.Aşurov bildirib ki, hər iki tikilinin daxilində dairəvi manqal təmizlənib: "Tikililərdən birinin daxilində 30-40 sm qalınlığında kül təbəqəsi müəyyən edilib. Bu fakt bir daha sübut edir ki, dairəvi tikililərin günbəzvari ağac örtükləri olub. Məhz bu ağac örtüklərin tez-tez yanğınlara məruz qalması nəticəsində yaşayış yerinin müxtəlif yerlərində kül təbəqələri toplanıb. Yaşayış yerindən əldə olunmuş nalşəkilli ocaq qurğuları və onların kiçik modelləri maraqlı antropomorf quruluşludur". Alim qeyd edib ki, bu tapıntılar artıq İlk Tunc dövründə cəmiyyətdə ata xaqanlığının hakim rol oynadığını bir daha təsdiq edir: "Saxsı məmulatı müxtəlif rəngli cilalı və sadə qablardan ibarətdir. Bir ədəd saxsı parçasının üzərinə çəkilmiş qırmızı boya isə bu dövrdə qismən olsa da, boyalı qabların istehsal olunduğunu təsdiq edir. Daş alətlərin, xüsusən döyüm alətlərinin çoxluğu yaşayış yeri sakinlərinin əsas məşğuliyyətinin oturaq əkinçilik olduğunu göstərir. Yaşayış yerində hər bir tikili konkret funksiyanı yerinə yetirib. Dairəvi qazıntı sahələrindən birində təmizlənmiş evlərin daxilindən xüsusi əşyaların - tokinslərin tapılması təsdiq edir ki, artıq e.ə. IV minilliyin sonlarından başlayaraq İlk Tunc dövrünün cəmiyyətləri inzibati cəhətdən idarə olunub. Ön Asiyada e.ə. IV minilliyin sonlarınadək mübadilə zamanı istifadə olunan tokinslər sonrakı mərhələdə mixi yazılarla əvəz olunub. Tokinslərin İlk Tunc dövrü abidələrindən ilk dəfə olaraq I Maxtadan, həm də toplu halında aşkar olunması Azərbaycanda dövlətçilik ənənələrinin tarixinin daha qədim olduğunu - 5000 ildən artıq tarixə malik olduğunu təsdiq edir. Bəzi saxsı məmulatların, həmçinin antropomorf ocaq qurğularının əldə olunması təsdiq edir ki, I Maxta sakinlərinin Ön Asiyanın inkişaf etmiş cəmiyyətləri və Suriya-Fələstin istiqamətində yayılmış Kirbet-Kerak toplumları ilə sıx əlaqəsi olub. I Maxta qazıntıları Kür-Araz mədəniyyətinin yerli zəmində yarandığını təsdiq edir. Bu mədəniyyətin əsas yaranma ocağının isə məhz Naxçıvan ərazisinin olması faktlarla sübuta yetirilir. Yaşayış yerinin mədəni təbəqələrinin daha dərin qatlara doğru davam etdiyini nəzərə alsaq, abidənin tarixinin daha qədim - təqribən e.ə. IV minilliyin əvvəllərinə aid olduğunu söyləyə bilərik".
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info