“Mingəçevir Elektrik Şəbəkəsi”nin iqtisadi göstəriciləri yüksəkdir
Tarix: 23.08.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Mingəçevir Elektrik Şəbəkəsi”ndə enerji təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, aparılan məqsədyönlü işlər öz bəhrəsini verir.
Daha doğrusu sözügedən müəssisənin texniki iqtisadi göstəriciləri cari ildə də yüksəkdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər EŞ-lərdə olduğu kimi burada da istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Əsas məqsəd, hər il olduğu kimi, bu il də qış aylarında əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə rayonun enerji təsərrüfatında mühüm təmir-bərpa işləri aparılıb. O cümlədən, cari ilin son ayları ərzində 10 kV-lik və 6 kV-lik hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı həmin bu xətlərin müəyyən hissəsi əsaslı və cari təmir olunub. Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdən və transformator məntəqələrindən də yan keçməyib.
Mənbədən daxil olan digər bir məlumata görə, cari ildə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektini pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin də müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Cari ilin iyul ayında “Mingəçevir” EŞ-in xidmət ərazisində 11,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 721 min kilovatsaata yaxın, ödəniş isə mütləq 6 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 353 min kilovatsaata yaxın artaraq 4 milyon kilovatsaatdan çox olub. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizdən çox artıb.
Cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak 83,6 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artıb. Daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,6 milyon kilovatsaatdan çox artaraq 29,9 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 8 faizə yaxın olub.
Günəş




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info