Binəqədi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirilib
Tarix: 25.08.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədrin müavini Siyavuş Heydərov, Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Nuridə Allahyarova, Yunis Hüseynov, həmçinin Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Binəqədi qəsəbəsi “Came” məscidinin axundu Şabala Əliməmmədov, Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Binəqədi rayonunda fəaliyyət göstərən dini icmaların nümayəndələri, bir qrup rayon ağsaqqalı iştirak ediblər.
Tədbiri Binəqədi RİH başçısı Xaləddin İsgəndərov açaraq giriş nitqi söyləyib, cəmiyyətdə mənəviyyat sisteminin özəyini təşkil dini dəyərlərə dövlət qayğısından danışıb. RİH başçısı rayonun ictimai-siyasi vəziyyətinin tərkib hissəsi kimi dini vəziyyətin də daim nəzarətdə saxlanıldığını bildirib. Yad ideyaların təsirində formalaşmış, millilikdən uzaq, milli və dini birliyimizə xələl gətirən təbliğatlara qarşı hər kəsin, eləcə də din xadimlərinin ayıq-sayıq olmasının, dini təbliğatı sağlam əsaslar və mənəviyyat üzərində qurmağın vacibliyini diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov Binəqədi rayonundakı dini vəziyyət barədə məlumat verib.
Sonra Şabala Əliməmmədov və Musa İbrahimov rayon dindarları adından çıxış edərək dini dəyərlərimizə göstərilən dövlət qayğısını minnətdarlıqla qeyd edib və buna görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyin bərpasından sonra dini dəyərlərimizə qayıdışın baş verdiyini bildirib. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq, Prezident İlham Əliyevin milli-mənəvi dıyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən danışıb. Həmçinin M.Qurbanlı qeyri-ənənəvi və zərərli dini təbliğatların qarşısının alınmasında din xadimlərinin rolunun vacibliyini qeyd edib. Dövlət komitəsinin sədri dini icma nümayəndələrini maraqlandıran sualları da cavablandırıb. Sonda Mübariz Qurbanlıya xatirə hədiyyəsi təqdim edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info