DGK-nin Akademiyasında təhsil prosesində bir sıra yeniliklər ediləcək
Tarix: 25.08.2014 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil prosesində bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, valideynlərə (eyni zamanda tələbələrə) xüsusi şifrlər paylanması nəzərdə tutulur ki, onlar bu şifrlər vasitəsilə virtual olaraq övladlarının aldığı qiymətlər, tədris prosesində göstərdikləri fəallığın səviyyəsi barədə məlumat almaq imkanına malik olacaqlar.
Sözügedən məlumat Dövlət Gömrük Komitəsinin Akademiyasında bu ali təhsil ocağına qəbul olan tələbələrin valideynləri ilə keçirilən görüşdə verilib.
Komitədən bildirilib ki, valideynlər qarşısında çıxış edən Akademiyanın və Dövlət Gömrük Komitəsinin mütəxəssisləri bu yeni ali təhsil ocağının formalaşması, məramı və prinsipləri, onun yaradılması üçün zəruri olan hüquqi baza barədə məlumat veriblər. Bildirilib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir və bu halda hər sahədə olduğu kimi gömrük işinin təşkilində də yüksək ixtisaslı kadrlara ehtiyac var.
Tədbirdə çıxış edən iştirakçılar Qafqazda ilk dəfə olaraq gömrük işi sahəsində yüksək ixtisaslı kadrlar yetişdirən belə bir təhsil ocağının yaradılmasına görə İ.Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Öz növbəsində, tədbirdə çıxış edən mütəxəssislər ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və inkişafında mühüm rol oynayacaq vətəndaşlar yetişdirdikləri üçün müdavimlərin valideynlərinə təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, Akademiya xüsusi təyinatlı ali təhsil müəssisəsidir və formalaşmasında müxtəlif ölkələrin təcrübəsindən istifadə olunub. Hələlik Akademiyanın müdavimi adını qazanan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcəklər.
Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində aparılması planlaşdırılır. Tələbələrdən 16-sı dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Təhsil prosesi əsasən elektron variantda həyata keçiriləcək ki, bunda da məqsəd müəllim-tələbə təmasını sıfıra endirərək şəffaf təhsil prosesinə nail olmaqdır. Bundan başqa, auditoriyalarda quraşdırılan kameralar vasitəsilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi də təhsil prosesini daim nəzarət altında saxlayacaq.
Valideynlərə o da bildirilib ki, təhsil prosesində ən vacib amillərdən biri Akademiyanın nizam-intizam qaydalarına əməl olunmasıdır. Onlara övladları ilə bu barədə əvvəlcədən söhbət aparmaq tövsiyə olunub. Görüşün sonunda valideynlər Akademiyanın auditoriyalarını gəzib, sinif otaqlarında, kitabxanada yaradılan şəraitlə tanış olublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info