Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası Qəbələdə yeni abidələr aşkarlayıb
Tarix: 25.08.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası layihəsi əsasında qədim Qəbələdə geniş miqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri aparılır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın apardığı tədqiqatların maraq doğuran nəticələrindən biri Soltan Nuxa kəndi ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı 7 antik qəbir aşkar edilib. Antik qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilir. Belə ki, tədqiq edilən qəbirlərin birində bükülü vəziyyətdə qoyulmuş skeletin ətrafına 40 ədəd saxsı qablar düzülüb. Qablarla yanaşı, qəbirə dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunub. Ehtimal ki, bu, varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub. Bununla yanaşı, qeyd olunan antik qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti xüsusi marağa səbəb olmuş dəfn ənənəsini nümayiş etdirir. Antik qəbiristanlıqda arxeoloji tədqiqatların davam etdirilməsi ilə paralel olaraq, aşkar edilmiş qəbirlərin olduğu kimi rekonstruktiv modellərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun muzeyində nümayişi də nəzərdə tutulub. Layihə çərçivəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Səlbir yaşayış yerində, həmçinin ekspedisiyanın Cənubi Koreyalı mütəxəssisləri tərəfindən Dızaxlı kəndi ərazisində 4500-5000 il yaşı olan kurqanın arxeoloji tədqiqi də davam etdirilir.
Qeyd edək ki, Qəbələ ərazisində geniş miqyaslı arxeoloji tədqiqatlar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info