KOİKA-nın ölkəmizdə 3,7 milyon dollarlıq layihəsi reallaşdı
Tarix: 25.08.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" layihəsi çərçivəsində işlər yekun mərhələsindədir. Artıq Koreyadan ölkəmizə ezam edilən mütəxəssislər tərəfindən Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Qazax, Zaqatala, Lənkəran, İmişli, Qəbələ, Göyçay, Şirvan, Qusar, Şamaxı və Şəki şəhərində telekommunikasiya qovşaqlarının binasında təlim mərkəzlərinin yaradılması üçün avadanlıqların qurulması işlərini başa çatdırıblar. Mütəxəssislər təlim mərkəzlərinin zəruri informasiya texnologiyaları avadanlıqları ilə təmin edilməsinə paralel mərkəzlərdə çalışacaq mütəxəssislərin zəruri bilik və bacarıqlarının artırılması işlərini də həyata keçirirlər. Koreyalı mütəxəssislər regionlarda yerli təlim mərkəzlərində quraşdırılmış avadanlıqların statusunu təftiş edərək Bakı təlim mərkəzi ilə şəbəkələrin yoxlanılmasını həyata keçirirlər.
Xatırladaq ki, "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı Qrant Razılaşması 2013-cü ilin aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb. 3,7 milyon ABŞ dolları məbləğində büdcəyə malik layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən həyata keçirilir. Layihənin məqsədləri elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyulacaq
19.04.2019
Azərbaycan nefti bahalaşır
18.04.2019
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18.04.2019
Buğdanın idxalı və satışı, un ilə çörəyin isə istehsalı və satışı 2020-ci ilədək vergidən azad olunub
18.04.2019
Cəbhə zonasında yerləşən raket bölmələrinin döyüş atışlı məşğələləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info