Pakistan mətbuatı: “Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan”
Tarix: 25.08.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer” qəzetində, “DNA News” informasiya agentliyində və “Centreline” jurnalında tanınmış jurnalist Həmid Şahinin “Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan” adlı məqaləsi dərc edilib. Məqalədə M.Əliyevanın öz xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsi ilə başladığı nəzərə çatdırılıb. Qeyd olunub ki, M.Əliyeva 2004-cü il mayın 10-da Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin olunub. Heydər Əliyev Fondu tərəfindən Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri inşa edilib, Niaqarada muğam günləri və Qəbələ festivalı təşkil olunub. Fondun əsas fəaliyyət istiqamətlərindən birinin də uşaq problemlərinin həlli olduğunu bildirən müəllif bu təşkilat tərəfindən məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzinin inşa olunduğunu xatırladıb. Məqalədə M.Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edildiyi, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi bildirilib. M.Əliyeva dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların, “Azərbaycan Tolerantlığın Evidir” Proqramı çərçivəsində ölkədə bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı və icraçısı olub. M.Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Strasburq kafedral kilsəsi bərpa edilib, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilib, Versal sarayında təmir işləri aparılıb. Yazıda M.Əliyevanın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü qeyd edilib. Azərbaycanın Gimnastika Federasiyasının da prezidenti olan M.Əliyevanın nüfuzu sahəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya çempionatları Bakıda keçirilib. Pakistanlı jurnalist məqalədə M.Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra edilmiş layihələrə də toxunub. 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib. “Edhi Home” kimsəsizlər evləri, Akbar Care institutu, serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında Hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılıb, Saif Fonduna maddi yardımlar edilib. 2012-2014-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edilib. 2014-cü ildə isə M. Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı” layihəsi inşa edilib. M.Əliyeva Pakistanda gördüyü işlərlə bağlı Pakistanın “Şəhid Benzair Bhutto” adına mükafata, “Daily Times” qəzeti və “Könüllü qadınlar təşkilatı” tərəfindən verilmiş “Humanizmin Simvolu. 2012-ci ilin Qadını” mükafatlarına layiq görülüb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info