Təmir nəticəsində şəbəkələr yenilənir
Tarix: 25.08.2014 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


«Qəbələ REŞ» MMC-nin şəbəkə rayonlarında yay mövsü¬münün əlverişli günlərindən maksimum yararlanan və payız-qış mövsümü üçün nəzərdə tutulan tədbirlər planını ardıcıllıqla yerinə yetirən şəbəkələrindən biri də Göyçay Elektrik Şəbəkəsidir.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin iyun-iyul aylarında əsaslı və cari təmir işlərinə ara verilməyib, rayonun əksər kəndlərini elektrik enerjisi ilə qidalandıran 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində xeyli iş görülüb. 110/35/10 kV-lik «Göy¬çay» yarımstansiyasından qidalanan və rayonun Çərəkə, Müs¬kürlü, Kürdəmiş, Cəyirli, Çayarxı, Qarabaqqal və Hacıkənd kəndlərini elektrik enerjisi ilə təmin edən xətlərdə 5 kilometr məsafədə, 35/10 kV-lik «Çörək zavodu» və «Bığır» yarımstansiyalarından qi¬dalanan, Ləkçıplaq, Şəkər, Qa¬rayazı, Şahsoltanlı kəndlərini qidalandıran 10 kV-lik xətlərdə isə 6,3 kilometrlik məsafədə əsaslı və cari təmir işləri həyata keçirilib.
Bığır, Çaxırlı, Qızılağac, Qara¬baqqal və digər kəndlərin 0,4 kV-lik xətlərində, şəhərin Ə. Kərim, Z. Tağıyev küçələrində ümumilikdə 4,5 kilometr məsafədə müvafiq olaraq əsaslı və cari təmir işləri görülüb. Qaraməryəm, Cəyirli, Potu, Qarayazı kəndlərinin 0,4 kV-lik xətlərində 9 ədəd dayaq dəyişdirilib. Şəhər ərazisində, Potu, Cəyirli, Qarayazı kəndlərinin isə 10 kV-lik xətlərində 4 ədəd dayaq yenisi ilə əvəz olunub.
Göyçay Elektrik Şəbəkəsinin təmir briqadası son iki ay ərzində Yeniarx, Ləkçıplaq kəndlərində və şəhər ərazisində 4 ədəd transformatorda əsaslı, müxtəlif gücə malik 14 transformatorda isə cari təmir işləri aparılıb. Şəhər ərazisindəki, Alpoud, Bəydövül, Ləkçıplaq kənd¬lərindəki transformatorlara isə yağ əlavə edilib.
2014-cü ilin iyun-iyul ayları ərzində 106 ədəd qüsurlu sayğac dəyişdirilərək, 74 ədəd yeni məişət abonentlərinə sayğac quraşdırılıb. Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində küləkli və ya¬ğışlı havalarda baş verən qəza və imtinalar operativ şəkildə aradan qaldırılıb.
Günəş




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info