Bakıda istintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
Tarix: 25.08.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Bakıda 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyalar keçirmək cəhdlərinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Tərlan Asif oğlu Quliyevin qardaşı - Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 ünvanında yaşayan vətəndaş Elxan Asif oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Karamel" konfetinin içərisində 2 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,341 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs T.Quliyevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edildiyi bildirilir.
Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində həmin təcridxanada saxlanılan şəxs Şamo Əlikram oğlu Qocayevin tanışı - İmişli rayonu, K.Qasımov küçəsi, ev 14-də yaşayan vətəndaş İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış zamanı "Çistaya liniya" dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.
Saxlanılan şəxs Ş.Qocayev Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən həbs edilib.
Həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində adıçəkilən təcridxanada saxlanılan şəxs İsa Rüstəm oğlu Hümbətovun anası - Bakı şəhəri, 7 mkr., F.Məlikov küçəsi, ev 53, mən., 2 ünvanında yaşayan vətəndaş Nərgiz Erkop qızı Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış zamanı onun əl çantasının gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, İ.Hümbətov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən həbs edilib.
Hər üç fakt üzrə araşdırma aparılır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info