Barak Obama iki həftəlik məzuniyyətini başa vuraraq Vaşinqtona qayıdıb
Tarix: 25.08.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama iki həftə sürən məzuniyyətdən sonra ötən bazar günü Vaşinqtona qayıdıb.
İTAR-TASS agentliyi xəbər verir ki, dövlət başçısı məzuniyyətini Massaçusets ştatının Atlantik okeanı sahillərinin yaxınlığında yerləşən Martas-Vinyard adasında ailəsi ilə birgə keçirib.
Prezidentin məzuniyyəti heç də sakit keçməyib. Avqustun 18-də Obama “işgüzar görüşlər” keçirmək üçün Vaşinqtona qayıdıb. Həmin gün o, İraqdakı vəziyyətə dair rəsmi bəyanatla çıxış edib. Ağ Evin başçısı bildirib ki, Mosul bəndinə nəzarətin bərpa olunmasında İraq qüvvələrinə yardım göstərilməsi üçün məqsədli bombardmanlar haqqında sərəncam verib. Prezident qeyd edib ki, bu fəaliyyət ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətdəki maraqlarına uyğun olaraq həyata keçirilir.
Bundan əlavə, məzuniyyət günlərinin birində Obama “İslam dövləti” yaraqlıları tərəfindən amerikalı jurnalist Ceyms Foulinin amansızcasına edam olunması ilə əlaqədar bəyanatla çıxış edib. Həmçinin Ferqyusonda baş qaldıran etiraz dalğası ilə bağlı da xüsusi bəyanat verib.
ABŞ prezidentinin məzuniyyətdən sonrakı ilk həftəsinə dair bütün planlar məlum deyil. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, bazar ertəsi prezidentin yanında işgüzar görüşlər keçiriləcək, çərşənbə axşamı isə Şimali Karolinaya səfər planlaşdırılır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
ABŞ-da etiraz aksiyaları davam edir
01.06.2020
Vaşinqton meri iğtişaşlara görə komendant saatı tətbiq edib
01.06.2020
Türkiyədə silahlı münaqişə zamanı bir polis şəhid olub
01.06.2020
Çikaqoda etirazlar zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb
31.05.2020
ABŞ prezidenti ölkədə yüksələn təzyiqi azaltmaq yerinə təhdidecici sözlər işlədir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info