Zaqatalada tolerantlıqla bağlı seminar keçirilib
Tarix: 25.08.2014 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində, Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə ölkə üzrə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan müasir çağırışlar və tolerantlıq” mövzusundakı silsilə seminar-treninqlər davam edir. Qeyd edək ki, tədbir İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə təşkil olunub. Komitədən verilən məlumata görə, DQİDK-nın, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalılarının iştirakı ilə Zaqatalada keçirilən növbəti seminar treninqdə Azərbaycanın tolerantlıq ənənələri, dinlərarası münasibətlərdən danışılıb. Eyni zamanda şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri qeyri-ənənvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin düzgün çatdırılmasına din xadimləri xüsusi əhəmiyyət verməlidirlər.Müzakirələrdə yaxın Şərqdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmamasının qarşısının alınması istiqamətində həyata keçirilən təbbirlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.
Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilmişdir. Mərkəzin rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanmışdır.
Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info