“İŞİD” yalnız ABŞ-ın maraqlarına toxunandan sonra terrorçu təşkilat adlandırıldı“
Tarix: 25.08.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


"Rusiya Ukraynada milli birliyin formalaşmasını hərəkətə gətirən bütün formatlara hazırdır". Bunu Rusiya XİN başçısı Sergey Lavrov keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, Moskva Ukrayna ilə bütün formatlarda, o cümlədən ikitərəfli və Normandiya formatlarında işləməyə hazırdır: “Bir şərtlə ki, əldə olunmuş razılıqlar həyata keçirilsin. Ukraynada atəşkəs heç bir ön şərt irəli sürülmədən elan olunmalıdır. Moskva ümid edir ki, Ukrayna münaqişəsi ilə bağlı Cenevrədə əldə olunmuş razılıq yerinə yetiriləcək. Rusiya ukraynalılara öz aralarında razılığa gəlmək barədə kömək etməyə hazırdır".
Lavrov deyib ki, Ukraynaya göndərilən yük maşınlarında humanitar yardımdan başqa heç nə olmayıb. Onun sözlərinə görə, Rusiya Ukraynanın cənub-şərqinə göndərilən humanitar yardımın bölüşdürülməsinin plan üzrə gedəcəyinə və yardımı bütün ehtiyacı olanların alacağına ümid edir. S. Lavrov qeyd edib ki, artıq humanitar yardımı aparan yük maşınları Rusiyaya qayıdıb. Rusiya XİN başçısı Ukraynaya növbəti humanitar yardımın göndərilməsi ilə bağlı planların olduğunu da söyləyib: "Biz artıq Ukrayna XİN-ə növbəti humanitar yardım karvanını göndərmək niyyətində olduğumuzu bildirmişik. Rusiya ümid edir ki, bu həftə ərzində eyni marşrutla ikinci humanitar yardım Ukraynaya göndəriləcək".
Sergey Lavrov brifinqdə onu da deyib ki, "ərəb baharı” başlayanda Moskva Qərbə bir yerdə işləməyi təklif edib: “Bu təkliflərdən biri beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq idi. Tərəfdaşlarımız razılıq versələr də, əməldə əksini etdilər. Onlar “ərəb baharı”nın baş verdiyi ölkələrdə hakimiyyətə qarşı olan bütün qruplara dəstək verdilər".
Onun sözlərinə görə, “ərəb baharı”nın baş verdiyi ölkələrdə hakimiyyətə qarşı vuruşan terrorçu qruplar hazırda Qərbin hədəfinə çevrilib: "Qərbdəki tərəfdaşlarımız bunu Liviyada və digər Şimali Afrika ölkələrində, Suriyada, İraqda etdilər. Həmin terrorçu qruplar sonra Qərb ölkələrinin özlərinə qarşı çıxdılar. Bunu Malidə də gördük. İndi də Suriyada, İraqda görürük. “İŞİD” terror təşkilatı Bəşər Əsədə qarşı vuruşduğundan, Qərb tərəfindən dəstəklənirdi. Lakin “İŞİD” İraqda ABŞ-ın maraqlarına toxunanda, Bağdadı hədəf seçdiyində, Qərb tərəfindən terrorçu təşkilat elan edildi. Məlum olanda ki, onlar ABŞ-ın İraqdakı layihələrinə təhlükə törədirlər, o zaman “İŞİD”ə qarşı mübarizə aparmaq qərarına gəldilər". Sergey Lavrov “İŞİD”in artıq nəzarətdən çıxdığını da söyləyib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info