Dövlət Gömrük Komitəsinin Akademiyası bir sıra yeniliklər edəcək
Tarix: 25.08.2014 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil prosesində bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, valideynlərə (eyni zamanda tələbələrə) xüsusi şifrlər paylanması nəzərdə tutulur ki, onlar bu şifrlər vasitəsilə virtual olaraq övladlarının aldığı qiymətlər, tədris prosesində göstərdikləri fəallığın səviyyəsi barədə məlumat almaq imkanına malik olacaqlar.
Sözügedən məlumat Dövlət Gömrük Komitəsinin Akademiyasında bu ali təhsil ocağına qəbul olan tələbələrin valideynləri ilə keçirilən görüşdə verilib.
Komitədən bildirilib ki, valideynlər qarşısında çıxış edən akademiyanın və Dövlət Gömrük Komitəsinin mütəxəssisləri bu yeni ali təhsil ocağının formalaşması, məramı və prinsipləri, onun yaradılması üçün zəruri olan hüquqi baza barədə məlumat veriblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir və bu halda hər sahədə olduğu kimi gömrük işinin təşkilində də yüksək ixtisaslı kadrlara ehtiyac var.
Tədbirdə çıxış edən iştirakçılar Qafqazda ilk dəfə olaraq gömrük işi sahəsində yüksək ixtisaslı kadrlar yetişdirən belə bir təhsil ocağının yaradılmasına görə İ.Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Öz növbəsində, tədbirdə çıxış edən mütəxəssislər ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və inkişafında mühüm rol oynayacaq vətəndaşlar yetişdirdikləri üçün müdavimlərin valideynlərinə təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, akademiya xüsusi təyinatlı ali təhsil müəssisəsidir və formalaşmasında müxtəlif ölkələrin təcrübəsindən istifadə olunub. Hələlik akademiyanın müdavimi adını qazanan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcəklər.
Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində aparılması planlaşdırılır. Tələbələrdən 16-sı dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Təhsil prosesi əsasən elektron variantda həyata keçiriləcək ki, bunda da məqsəd müəllim-tələbə təmasını sıfıra endirərək şəffaf təhsil prosesinə nail olmaqdır. Bundan başqa, auditoriyalarda quraşdırılan kameralar vasitəsilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi də təhsil prosesini daim nəzarət altında saxlayacaq.
Valideynlərə o da bildirilib ki, təhsil prosesində ən vacib amillərdən biri akademiyanın nizam-intizam qaydalarına əməl olunmasıdır. Onlara övladları ilə bu barədə əvvəlcədən söhbət aparmaq tövsiyə olunub. Görüşün sonunda valideynlər akademiyanın auditoriyalarını gəzib, sinif otaqlarında, kitabxanada yaradılan şəraitlə tanış olublar.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info