Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
Tarix: 26.08.2014 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Serbiya Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayacaq.
Bu barədə Serbiyanın Baş naziri Aleksandar Vuçiç məlumat verib. O bildirib ki, Serbiya Aİ-nin qəbul etdiyi qərarlara hörmətlə yanaşır, lakin Rusiya ilə mövcud ticarət əlaqələrini təhlükə altına atmaq düzgün deyil. Aİ-yə üzvlüyün Serbiyanın əsas strateji hədəfi olduğunu qeyd edən A.Vuçiç deyib: “Rusiya ilə yaxın əlaqələri qoruyub saxlamaq da bizim üçün əsas prioritetlərdəndir”.
Ukrayna hadisələrinə münasibət bildirən Serbiya rəsmisi vurğulayıb ki, ölkəsi həmin ərazidə sülhün bərqərar olunmasını istəyir. O deyib: “Biz Ukraynanın suverenliyinə hörmətlə yanaşırıq. Lakin ölkəmizin ticarət maraqlarını da düşünməliyik”. Baş nazir, həmçinin serbiyalı könüllülərin Ukraynada döyüşməsi məsələsinə də toxunub və onları doğma vətənə qayıtmağa çağırıb. Vurğulayıb ki, bu çağırışa əməl olunmasa lazımi tədbirlər görüləcək.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info