Türkiyədəki səfirimiz İzmir və Manisada işgüzar səfərdə olub
Tarix: 26.08.2014 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və Türkiyə-Azərbaycan Biznes Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Faiq Bağırov Türkiyənin İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Səfərin birinci günündə Faiq Bağırov İzmirin Əliağa rayonunda ARDNŞ tərəfindən inşa edilmiş Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyini ziyarət edib, liseydə şagirdlər üçün yaradılmış şərait, liseyin tədris sistemi və gələcək inkişaf planları ilə tanış olub. Ziyarətin sonunda liseyə ölkəmiz haqqında kitab və jurnallar hədiyyə edilib. Səfir daha sonra İzmirin Əliağa rayonunda yerləşən “Petkim PetroKimya” şirkətini ziyarət edib. Ziyarət zamanı şirkətin baş direktoru Sadettin Korkut tərəfindən ARDNŞ-in Əliağa rayonundakı investisiya layihələri, o cümlədən “Petkim” neft-kimya kompleksi, “Star” neftayırma zavodu, “Petlim” konteyner limanının inşası durumu ilə bağlı təqdimat edilib. Səfərin ikinci günündə səfir Faiq Bağırov İzmir valisi Mustafa Toprak, İzmir böyükşəhər bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan, Egey bölgəsi sənaye palatasının sədri Ender Yorgancılar, eləcə də Azərbaycanın İzmirdəki diaspor üzvləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin xüsusiliyi vurğulanıb və bütün sahələrdə uğurla davam edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Daha sonra Faiq Bağırov Egey bölgəsi sənaye palatasında çox sayda iş adamının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında iştirakçılara ətraflı məlumat verib. Səfir İzmir səfərinin sonunda şəhərdə yerləşən “Egey sərbəst sənaye bölgəsini” ziyarət edib. Regiona səfərinin üçüncü günündə Faiq Bağırov Manisada olub. Səfir Manisa valisi Erdoğan Bektaş, Manisa böyükşəhər bələdiyyəsinin baş katibi Halil Memiş, Manisa ticarət və sənaye palatasının sədri Yaşar Coşkun, habelə Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvləri ilə görüşlər keçirib. Səmimi şəraitdə keçən görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyəsindən bəhs edilib və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb. Manisa səfərinin sonunda səfir Faiq Bağırov vilayətdə yerləşən “Manisa mütəşəkkil sənaye bölgəsi” ilə tanış olub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info