“TAP layihəsi Azərbaycanın daha da sürətlə inkişafına töhfə verəcək”
Tarix: 26.08.2014 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Azərbaycan tərəfindən növbəti 8 il ərzində
Türkiyəyə 20 milyard dollar həcmində sərmayə yatırılması
planlaşdırılır”


İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilib. Məqalədə Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan iqtisadiyyatının uğurlarından, Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edilir.
Müəllif yazır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon 20 ildən artıqdır Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Cənubi Qafqazda gərginliyin əsas səbəbi olan bu münaqişəyə baxmayaraq Azərbaycan sürətlə inkişaf etməkdədir.
Yazıda, həmçinin cari il avqustun 19-da Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündə müzakirə edilən məsələlər və əldə olunan razılıqlar barədə məlumat verilir. Qeyd olunur ki, Azərbaycan ilə Türkiyə arasında sıx əlaqələr daha da güclənməkdədir. Azərbaycan tərəfindən növbəti 8 il ərzində Türkiyəyə 20 milyard dollar həcmində sərmayə yatırılması planlaşdırılır. Belə bir addımın atılmasında əsas məqsəd iki ölkə arasında illik ticarət dövriyyəsinin həcmini daha da artırmaqdır. Bununla da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün daha geniş imkan yaranacaq.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan-Türkiyə münasibətləri siyasi, mədəni və digər sahələrdə hər zaman yüksək səviyyədə olub. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində də daim Azərbaycanı dəstəkləyir.
Müəllif, həmçinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan Trans-Adriatik Pipeline (TAP) boru kəməri layihəsi barədə də məlumat verir. Bildirir ki, bu layihə gələcəkdə Azərbaycanın daha da sürətlə inkişaf etməsinə töhfə verəcək. TAP-ın reallaşması ilə Azərbaycanda təkcə enerji sahəsinin deyil, digər sektorların da inkişafı üçün yaxşı imkan yaranacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info