“AzAqro” gül istehsalı kompleksi tərəfdaşları üçün infotur təşkil edib
Tarix: 26.08.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


“AzAqro” gül istehsalı kompleksi Bakıdakı və ətraf regionlardakı gül satışı müəssisələrinin rəhbərləri üçün infotur təşkil edib.
Qonaqlara məlumat verilib ki, 2008-ci ildə təsis edilmiş “AzAqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2010-cu ildən “Synergy Group”un üzvüdür. Kompleks Azərbaycanda ilk dəfə innovativ üsullarla Hollandiya gül sortlarının istehsalını təşkil edib. Kompleksdə Hollandiyanın “De Ruiter”, “Lex+” və “Schreurs” şirkətlərinin seleksiya məhsulları olan “Avalanche”, “Candy Avalanche”, “Myrna”, “Wow”, “Fiorenza”, “Peach Avalanche”, “Red Naomi” qızılgül sortları yetişdirilir.
“Synergy Group” ASC-dən bildiriblər ki, istixana kompleksində əkin sahəsi bir hektar təşkil edən güllərin yetişdirilməsi sistemi müasir kompüter texnologiyası bazasında idarə olunur. Güllər damcı suvarma texnologiyası ilə xüsusi rezervuarlarda çənlərdə təmizlənmiş və mineral əlavələrlə zənginləşdirilmiş su ilə suvarılır.
Diqqətə çatdırılıb ki, istixana kompleksi ən müasir avadanlıqlarla təchiz olunub. “AzAqro” istixana kompleksində istehsal olunan güllər həm qiymət, həm də keyfiyyət baxımdan yüksək rəqabətqabiliyyətliliyə malikdir.
Qonaqlara bildirilib ki, geniş alıcı kütləsi arasında artıq rəğbət qazanmış bu sortların ölkə xaricinə ixracının genişləndirilməsi məsələsi gündəmdədir.
İnfoturun təşkilindən razı qaldıqlarını bildirən qonaqlar “AzAqro” gül istehsalı kompleksində hərtərəfli şəraitin yaradıldığını qeyd ediblər.
Kompleks ilə tanışlıqdan sonra qonaqlar Şəmkirdəki Heydər Əliyev Mərkəzində, Şəmkir şəhər parkında və buradakı “Megafan” istirahət və əyləncə mərkəzində olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“AtaSığorta” iri sığorta ödənişləri həyata keçirib
18.01.2019
“Azeri Light”ın bir barreli 62,61 dollara satılır
18.01.2019
7 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
18.01.2019
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
18.01.2019
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info