ADTGT ilk Yay Məktəbinə Qax rayonundan başladı
Tarix: 26.08.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi iyulun 1-dən başladığı maarifləndirici layihəyə uyğun ilk “Yay Məktəbi”ni Qax rayonunda təşkil edib.
“Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçici maarifçiliyi üzrə Yay Məktəbi” adlanan layihə Şirvan şəhərində, Qax, Ağsu, Salyan və Masallı rayonlarında qarşıdan gələn (2014-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulur) bələdiyyə seçkiləri öncəsi vəziyyətə dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, “Yay Məktəbləri” vasitəsilə ilk dəfə səs verəcək region gənclərinə seçici hüquq və öhdəlikləri, bələdiyyə seçki qanunvericiliyi, seçki prosedurları və bələdiyyələrin səlahiyyətləri mövzularında interaktiv üsullarla maarifləndirici təlim sessiyalarının keçirilməsinə yönəlib. Hənçinin layı çərçivəsində “Bələdiyyə Qanunvericiliyi Toplusu”, “İlk dəfə səs verəcək gənclər üçün Yaddaş Kitabçası”ının nəşri, təbliğati plakatların yayımı, gənc könüllü ictimai müşahidəcilərin hazırlanması nəzərdə tutulub.
Qax rayonunda ilk dəfə səs verəcək fəal gənclərin iştirakı ilə keçirilən Yay Məktəbinin - təlim sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, layihənin rəhbəri Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, rayon icra hakimiyyətinin məsul işçisi Elsəvər Qumuxov, gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, dairə seçki komissiyasının üzvü Qoşqar Paşayev iştirak ediblər.
Rəsmi plenar hissədən sonra təlimçi-ekspert qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə vətəndaş məsuliyyəti daşıyacaq rayon gənclərinə milli qanunvericiliyə uyğun seçici hüquq və vəzifələri, seçici öhdəlikləri, seçki prosedur və qaydaları, bələdiyyə qanunvericiliyi, bələdiyyələrin cəmiyyətdə və yerli idarəçilikdə rol və səlahiyyətləri haqqında geniş bilgi və informasiyalar çatdırıb.
Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələlər, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparılıb.
2 gün davam edən Qax Yay Məktəbinin sonunda iştirakçılara təlimin yekunlarına dair sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi qarşıdan gələn bələdiyyə seçkilərində regionların ilk dəfə səs verəcək gənclərinin seçici maarifçiliyi sahəsində informasiya səviyyələrini yüksəltməklə, onların seçkilərdə fəal iştirakına nail olmaq və gənc elektoratın müstəqil, ədalətli və azad qərar qəbul etmək qabiliyyətini artırmaqdır.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info