Sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi şərait yaradılıb
Tarix: 26.08.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi -Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı internat evləri fəaliyyət göstərir. Fiziki və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan həmin internat evlərində bu günə olan məlumata əsasən, ümumilikdə 307 nəfər uşaq tam dövlət himayəsində yaşayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq evləri və internat evlərinə göstərdiyi diqqət və qayğı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin də həyatında çox böyük müsbət dəyişikliklər yaradıb. Belə ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki internat evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait mövcuddur. İnternat evləri uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Tibb otaqları müasir avadanlıq və dərman preparatları, idman zalları lazımi qurğularla təmin edilib. Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu massaj, ayaqlar üçün elektrotrenajor və s. avadanlıqlar quraşdırılıb. Həmçinin uşaqlar üçün kompyuter, şahmat, dama, otaqları, onların ilkin yaradıcılıq məşğuliyyəti üçün mini emalatxanalar, valideynlərlə görüş otaqları fəaliyyət göstərir.
Hər iki internat evinin həyətində geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, əyləncə qurğuları, attraksionlar, uşaqların fantaziyasına uyğun müxtəlif lövhələr və s. quraşdırılıb. İnternat evlərində uşaqlar yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilib və hər bir qrupun ayrıca yataq və oyun otaqları vardır.
Uşaqların fitri istedad və bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif dərnəklərin də fəaliyyət göstərdiyi bu internat evlərində Mehriban xanım Əliyevanın «Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz» sözləri de-istitusionallaşdırma sahəsində görülən işlərdə əsas devizə çevrilib. Cari ilin 6 ayı ərzində bu internat evlərindən 13 nəfər uşağın ailələrinə qovuşmasına nail olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info