Mehriban Əliyeva: “Əgər planeti məhv olmaqdan qoruyacaq bir şey olacaqsa, bu, Xeyirdir”
Tarix: 26.08.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Baku" jurnalına müsahibə verib:
- "BAKU": İntrovert, yaxud ekstravert?
- İntrovert. Refleksiya - həyat tərzimin zəruri şərtidir. Hərçənd sosiumda ehtimal ki, ekstravert kimi qəbul olunuram.
- "BAKU": Monoxrom, yaxud rəng?
- Monoxrom. Bir rəng bütövlük və yığcamlığın əlamətidir.
- "BAKU": Cəld, yaxud asta?
- Sürət. İstənilən hərəkət statikadan üstündür.
- "BAKU": Gecə, yaxud gündüz?
- Gündüz. Düşüncəsiz vəziyyəti sevmirəm.
- "BAKU": Dünyada nəyi dəyişmək istərdiniz?
- Dünyanı dəyişmək istəyim yoxdur. Mənə özümün dəyişməyim, ən yaxşı olmaq maraqlıdır. Fikrimcə, məşğuliyyət daha faydalıdır.
- "BAKU": Həkim mərhəmətli olmalıdırmı?
- İstərdim ki, mərhəmətlilik insanlara peşə fəaliyyətindən asılı olmayaraq xas olsun.
- "BAKU": Yaz, yaxud payız?
- Yaz da, payız da. Həm yay, həm qış. Axı yaz fevralda da olur. Ürəkdə.
- "BAKU": Siz niyə aktrisa olmadınız?
- Gənclik illərində kinematoqrafla bağlı kiçik epizod məndə aktrisa olmaq istəyini qətiyyən oyatmadı.
- "BAKU": Sevimli rəqəminiz?
- Yeddi.
- "BAKU": Nikbin, yaxud bədbin?
- Nikbin. Mənə təfəkkür və söz maddiyyatı nəzəriyyəsi yaxındır. Belə olan halda neqativi maddiləşdirmək nəyə lazımdır?
- "BAKU": Sizin əsas həyat prinsipiniz?
- İstənilən vəziyyətdə ləyaqəti qorumaq.
- "BAKU": Sevimli daş-qaşınız?
- Opal. O, dərin və həmişə müxtəlifdir.
- "BAKU": Sizin üçün insanlarda üç əsas vacib keyfiyyət hansıdır?
- Ləyaqət, intellekt, mehribanlıq.
- "BAKU": Biz total ayrılmalar dövründə yaşayırıq. Getdikcə daha çox xəyanətlər baş verir, həqiqi dəyərlər yalanla əvəzlənir. XXI əsrin insanı sevgisiz yaşaya bilərmi?
- Bütün dövrlərdə bəşəriyyət üçün sevgi nəfəs kimi tamamilə orqanik, zəruri və qaçılmaz hissdir.
- "BAKU": Müasir cəmiyyətə ideallar lazımdırmı?
- İstənilən cəmiyyətə ideallar lazımdır. Əxlaqi ideallar.
- "BAKU": Əgər Uca Tanrı sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?
- Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini...
- "BAKU": Dostoyevski deyib ki, gözəllik dünyanı xilas edəcək. Bu belədirmi? Qadınlar dünya hadisələrinin gedişatına təsir edə bilərlərmi, yoxsa bütün qərarlar kişi siyasətçilərdən asılıdır?
- Dostoyevski öz qəhrəmanının dilindən mənəvi gözəllikdən, pisliyin insanların normal vəziyyəti ola bilməyəcəyindən, yalnız Xeyirin həqiqətən də gözəl olmasından bəhs edib. Əgər planeti məhv olmaqdan qoruyacaq bir şey olacaqsa, bu, Xeyirdir. Fikrimcə, burada gender sualının əlaqəsi yoxdur.
- "BAKU": Siz həyatda həmişə hansı qaydaya riayət edirsiniz?
- Son dərəcə təbii olmaq. Oyun oynamamaq.
- "BAKU": Niyə həyat belə həssasdır?
- İnsan həyatının niyə belə həssas olduğunu bilmirəm. Bəlkə, ruhun davamlılığının rəhni bundadır?

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info