Saxta məktəbli geyimləri ilə bağlı valideynlərə xəbərdarlıq
Tarix: 26.08.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


“Bakı Tikiş Evi” (BTE) saxta məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib. BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib ki, bu gün bütün yarmarkalarda mənşəyi bilinməyən, sertifikatı olmayan, zirzəmidə tikilən məktəbli geyimləri satılır. Onun sözlərinə görə, bu da uşaqlarda müxtəlif allergiya və digər fəsadlara səbəb olur: ”Bu düzgün deyil, cinayətdir. Hər kəs istəyir ki, uşaqlara gigiyenik, uyğunluk sertifikatı olan paltarlar geyindirsin. Ona görə də uşaqların sağlamlığını nəzərə alaraq, valideynlər saxta geyimlər almaqdan çəkindirməyə çağırırıq. Saxta geyimlərlə bağlı mütəmadi olaraq İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər edilir”. E.Əzimov qeyd edib ki, hazırda Bakıda "Bakı Tikiş Evi”nin 19 satış mərkəzi fəaliyyət göstərir. Bu il Lökbatan qəsəbəsində yeni mərkəzin açıldığını deyən şöbə rəisi bildirib ki, Bakının digər qəsəbələrində - Qaradağ, Yeni Sahil, Pirküşkül, Buzonva, Binə və digər kənar ərazilərdəki vətəndaşlar da satış mərkəzlərindən rahatlıqla məktəbli geyimini ala bilərlər. O vurğulayıb ki, bu il məktəbli geyimlərinin qiymətində dəyişiklik yoxdur: “26 ölçüdən 54 ölçüyə kimi məktəbli formaları var. I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə və VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə bu, ölçülərə görə dəyişir. Belə ki, I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə dəstin qiyməti 40 manat, VII-XI siniflər üçün isə 34-54 ölçüdə 52 manatdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info