Alimlər üçün bir sıra güzəştlər tətbiq ediləcək
Tarix: 26.08.2014 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra güzəştlər tətbiq ediləcək. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı bildirib ki, bu güzəştlər hazırda komitədə müzakirə olunan "Elm haqqında" qanun layihəsində nəzərdə tutulur.
M.Qasımlı bildirib ki, qanun layihəsində alimlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması, elmin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən alimlərin mənzil növbələrinə götürülməsi, mənzilləri olmayanlara yerli icra orqanlarının qərarı ilə torpaq sahələrinin verilməsi, güzəştli kreditlərin verilməsi və s kimi məsələlər əskini tapıb.
Millət vəkili əlavə edib ki, Elm və təhsil komitəsində müzakirə edilməklə yanaşı, qanun layihəsi elmi müəssisələrdə və ali təhsil ocaqlarına geniş şəkildə müzakirə olunmalıdır.
M.Qasımlı hesab edir ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisdə qəbul edilərsə, Azərbaycan elminin inkişafında yeni bir mərhələ açılar, elmə yeni bir rəqabət gələr, Azərbaycan elmi dünyaya daha yaxşı çıxa bilər.
Komitə üzvü ümid etdiyini bildirib ki, geniş müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin payız sessiyasına təqdim ediləcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info