Gənclər Qazaxıstanda toplaşdılar
Tarix: 26.08.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) katibliyinin əməkdaşı Bəyimxanım Məmmədova Azərbaycanı Qazaxıstan Respublikasında keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gənclər istiqaməti üzrə ilk tədbirində təmsil edib. Düşərgə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Gənclərlə İş Üzrə Komitəsi, Qazaxıstan Gənclər Konqresi Assosiasiyası və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının katibliyi tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, İraq, Çin, Fələstinin fəal gəncləri, gənclər təşkilatlarının nümayəndələri və dövlət rəsmiləri iştirak edib.

Tədbir 2 hissədən - rəsmi hissə və düşərgə hissələrindən ibarət olmaqla təşkil olunub. Tədbirin rəsmi hissəsində sözü gedən ölkələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masa zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə daxil olan ölkələrin gəncləri arasında qarşılıqlı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, Gənclər Şurasının heyətinin təsdiq olunması, növbəti il üçün plan və strategiyasının tərtib olunması əsas müzakirə mövzusu olub, iştirakçılar tərəfindən ölkələrində gənclərlə bağlı görülən işlər haqqında məlumat verilib. ARGTMŞ-nın katibliyinin əməkdaşı iştirakçılara Azərbaycan Gənclər Siyasəti və Azərbaycanda gənclərlə bağlı görülən işlər barədə məlumat verib.
Tədbirin düşərgə hissəsi zamanı iştirakçılar işçi qruplara bölünərək beynəlxalq arenada gənclərin əməkdaşlığı, gənclərin yeni və ənənəvi mediada fəaliyyəti, ekologiya və başqa mövzular ətrafında müzakirələr aparıblar. Daha sonra söz gedən mövzularda gənclərin fəaliyyətini təkmilləşdirilməsi üçün təkliflər irəli sürüblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info