G.Nəzərova: “Qadınlar hüquqi baxımdan mütəmadi maarifləndirilməlidir”
Tarix: 26.08.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


“Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” adlı layihə çərçivəsində ictimaiyyət arasında məişət zorakılığı və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələri pisləmək və inkar etmək məqsədilə güclü mövqe nümayiş etdirməyi nəzərdə tutub.
“Məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə işlərinn təşkili” lahiyəsi çərçivəsində maarifləndirmə tədbirlərini təşkil edən ƏƏSMN-in Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin doktorantı Gülnar Nəzərovanın sözlərinə görə, zorakılığın tarixinə fikir versək aydın şəkildə görmək mümkündür ki, zorakılıqdan ən çox əziyyət çəkən bütün dövrlərdə əsasən qadınlar olub: “Ona qarşı törədilmiş cinayət isə mülkiyyət sahibinə (ata, ər, qardaş) qarşı törədilmiş cinayət hesab edilirdi. Zorlama sözü də öz mənşəyini latın mənşəli "repare" sözündən götürüb. Onun da mənası "zəbt etmək", "istila etmək"dir. Zorakılığın tarixinə nəzər salmaqla onu vurğulamağa çalışdım ki, qadına qarşı zorakılıq heç də tək şərqdə mövcud olmayıb, bu problem bütün inkişaf etmiş cəmiyyətlərdə də mövcud olub. Mübarizə məqsədilə bir sıra qanunvericilik aktları, proqram və layihələr qəbul olunub, icra olunsa da problem qlobal xarakter alıb”. Bu məqsədlə 2010-cu ildə Azərbaycanda "Məişət Zorakılığının Qarşısının Alınması" haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildiyini deyən G.Nəzərova bildirdi ki, Qanunun qəbul olunması zorakılıqla mübarizədə müsbət hal olsa da, onun tətbiqində bir çox problemlər özünü göstərib: “Bunu məişət zorakılığı ilə bağlı həyata keçirdiyimiz sosioloji tədqiqatlar da göstərdi. Qeyd etməliyik ki, məişət zorakılığın fiziki, iqtisadi, psixoloji, cinsi və təqib formasında mövcuddur. Məişət zorakılığı əsasən ailənin status, iqtisadi və fiziki cəhətdən zəif üzvlərinə qarşı törədilir. Daha çox zorakılıqdan əziyyət çəkən ya qadın, ya uşaq olur. Qadınlar zorakılığa məruz qalsa da bir çox hallarda çıxış yolu görmədiklərindən, hətta, ölüm anına qədər buna dözməli olurlar. Xüsusilə sosial-iqtisadi baxımdan ərindən asılı olan qadınlar mübarizə barədə heç düşünmürlər. Çünki qadın zorakılıqla bağlı şikayət etdiyi təqdirdə yenidən o evliliyi davam etdirməsi bir çox hallarda qəbuledilməz olur, boşandığı təqdirdə isə nə yaşayış yeri, nə də iş imkanları olur. Əgər qadın təhsilsiz və himayəsində körpə uşağı varsa, məsələ daha da qəlizləşir. Bəzən qadının valideynləri də bu məqamda dəstək olmurlar. Belə olan təqdirdə qadının üz tutacağı ünvan qadınlarının hüquqlarını müdafiə edəcək qurumlar ola bilər. Azərbaycanda bu cür sığınacaqlar QHT-lərin nəzdində fəaliyyət göstərir. Bu cür QHT-lərin imkanları məhdud olsa da qadınlara hüquqi, psixoloji, tibbi yardım göstərilməsi, onların həmin sığınacaqda müvəqqəti yaşamaları üçün imkan yaradır. Bundan əlavə qadının himayəsində körpə uşaq varsa ən azından Ünvanlı Sosial Yardımdan (bir sıra şərtlər daxilində), övladı üçün alimentin alınmasından faydalana bilər. Eyni zamanda ata mülkündə yaşamaq hüququ əldə edə bilər. Bundan başqa qadınların hüquqlarını müdafiə edən qurumlar onlar üçün iş imkanı yaradılmasına vasitəçilik edə bilər. Bunlar barədə qadınlar məlumatlı olduğu təqdirdə ən azından mübarizə üçün bir addım ata bilərlər”. G.Nəzərovanın sözlərinə görə, problemlə mübarizə sistemli olaraq makro səviyyədə aparılmalıdır və bu baxımdan qadınların iqtisadi müstəqilliyini təmin etməsi ən vacib məqamlardan biridir: “Zorakılıqla mübarizəni hədəfləyən müxtəlif proqram, layihə və digər sənədlərdə bu məsələ diqqətdə saxlanılmalıdır. Qadın hüquqlarını müdafiə edən qurumların imkanları genişləndirilməlidir. Digər mühüm məqam da ondan ibarətdir ki, qadınlar mütəmadi hüquqi baxımdan maarifləndirilməlidir. Lakin bu da problemin tam həlli deyil, çünki bir çox hallarda hüququnu bilən qadınlar da sonradan qarşılaşacaqları problemləri nəzərə alaraq mübarizə aparmırlar. Bu baxımdan cəmiyyətdə, xüsusilə müvafiq qurumlar arasında zorakılığa məruz qalan qadınlarla etik davranış qaydalarına həsr olunan maarifləndirmə tədbirləri kütləvi xarakter almalıdır”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info