Çin ABŞ-ı sərt şəkildə hədələdi
Tarix: 26.08.2014 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


“Xuançyu şibao qəzeti”: “ABŞ Çinə qarşı təzyiq göstərmək gücündə də deyil”

“ABŞ bununla razılaşmasa, onda gələcək münaqişələrin şahidləri olacağıq”

Son günlər baş verən hadisələr göstərir ki, dünyanın güclü dövlətləri arasında konfliktlər açıq və hərbi müstəviyə meyillənməkdədir. Bunu ABŞ-Çin münasibətlərində də açıqca görmək olar.
“Avqustun 19-da Çin qırıcısı Xaynan adasından amerikan kəşfiyyatçı təyyarəsini qovub çıxarmağa çalışıb. Avsuqtun 22-də ABŞ Çinin bu fəaliyyətinə münasibətdə öz etirazını ifadə edib. ABŞ Çini onda günahlandırır ki, qırıcı “J-11” amerikan təyyarəsinə doqquz metrlik qorxulu məsafəyə qədər yaxınlaşıb. Bununla bərabər, Çin, öz silahlanmasını nümayiş etdirib ki, bu da ABŞ tərəfindən təxribat kimi qiymətləndirilir”.
Bu barədə Çinin “Xuançyu şibao qəzeti” yazır. Qəzet qeyd edir ki, 2001-ci ildə Xaynan adasından təxminən, 100 metr aralıda Çin qırıcısı ilə ABŞ kəşfiyat təyyarəsi arasında qarşıdurma yaşanıb. Bu dəfə isə qarşılaşma məsafəsi adadan 220 metr aralıda baş verib: “Bununla isə Çin amerikan kəşfiyatçılarına şiddətini nümayiş etdirib və onlara, Çin hava məkanında olduqlarına görə xəbərdarlıq edib. Ümid etmək olar ki, gələcəkdə də belə olacaq”.
Qeyd edilir ki, amerikalılar tez-tez təsdiq edirlər ki, hazırkı hava məkanı və yaxınlıqlakı sular beynəlxalq ərazi sayılır, ona görə də onlar orada maneəsiz hərəkət edə bilərlər: “Çin isə öz növbəsində, Vaşinqtonun kəşfiyyatçılarının bu cür “fəaliyyət azadlığı”nı məhdudlaşdırmasında israr edir. Əgər iki ölkə arasındakı münasibətlər bu məsələdə gərginləşsə, Çinin amerikan kəşfiyyatını bu regionda fəaliyyət göstərməkdən çəkindirmək üçün sərt tədbirlərə əl atmasından başqa çıxış yolu qalmayacaq. ABŞ-ın kəşfiyyat əməliyyatları ABŞ-Çin hərbi əməkdaşlığı yolunda üç böyük maneədən biri olaraq qalır. Qalan iki maneə isə ABŞ-ın Tayvana silah satışı və Çini diskriminasiya edən ABŞ milli təhlükəsizliyi barədə qanundur. ABŞ bəyan edib ki, onun kəşfiyyatı beynəlxalq hüquq qanunlarına əsasən hərəkət edir. Qərb və ictimai rəy isə həmişə olduğu kimi, Vaşinqtonu dəstəkləyir. Amma Çinin bu məsələyə münasibəti 13 il öncə baş vermiş ilk insidentdən bu yana heç dəyişməyib. Oxşar hərəkətlər Çinin təhlükəsizlik sferasında əsas maraqlarına toxunduğu üçün, amerikanların davranışları düşmən niyyəti kimi hesab edilməlidir.
Təsəvvür edin ki, Çinin dəniz və hava kəşfiyyatı vacib amerikan obyektlərini dövrəyə alıblar. ABŞ buna dözməzdi. ABŞ özünün xüsusi maraqlarına uyğun qanunlar hazırlayıb. Son onillikdə bu qanunlar gerçəkliklə daha az uzlaşmaqdadır və buna görə də onlara yenidən baxılmalıdır.
Dünya hegemonu yerini tutan Amerikanı daha təmkinli və ehtiyatlı siyasət yürütməyə məcbur etmək, xüsusilə də Çinin öz cavab fəaliyyətləri ilə ona açıq siqnal verməsindən sonra çətin olacaq. Amerikan “qırğıları” ona görə çıxış edirlər ki, Çinə dərs versinlər, daha durub, onun qarşısında “əyilməsinlər”. Əgər Cənubi-Çin dənizindəki hadisə hər iki tərəfin vacib maraqlarına toxunsaydı, onda Vaşinqtona burada həyat yox, ölüm uğrunda mübarizə aparmaq qalardı, bu isə başadüşülən olacaqdı. Amma bu, tamam başqa hadisədir. Çin özü üçün vacib olan regionu müdafiə edir, ABŞ isə öz kefinin istədiyini edərək, özünün düşünülməmiş davranışları ilə yalnız böyük dövlətin təhlükəsizliyini təhdid edir. Əgər Çinlə ABŞ arasında yenidən qarşıdurma olsa, onda onun nəticələri 2001-ci ildə olduğundan daha ciddi olacaq. Ən pis nəticə nə ola bilər? Hər iki tərəfin analitikləri yəqin ki, özlərində qənaətə gəliblər. Çin Xalq Respublikası burada yaxşı mövqedə deyil, konflikt Çinin özünün strateji şansından istifadə etmək imkanını təhlükə altında qoya bilər.
Biz bilmirik ki, ABŞ hadisələrin ən pis inkişafına nə dərəcədə hazırdır, amma Vaşinqtona bəyan etmək istəyrik ki, Çin özünün ərazi təhlükəsizliyini qorumaq üçün hər şeyə gedər. ABŞ anlamalıdır ki, Çin amerikan kəşfiyyatının öz sərhədlərinə qorxulu yaxınlaşmasını çox ciddi qarşılayır.
Çin tərəfi anlayır ki, Amerika Asiyada aparıcı rolunu qorumaq üçün səylər göstərir. Amma məsələnin Çinə dəxli varsa, ABŞ güclü dövlətlər arasındakı oyun qaydalarını dəqiq anlamalıdır. O, daim özünün xoşladığı kimi hərəkət etməyin mümkünsüzlüyünü dərk etməlidir. Belə vəziyyət beynəlxalq hüquq normaları ilə uyğunlaşmır. Çini sıxışdırmağa çalışmaqla, ABŞ özünü pis vəziyyətdə qoyur.
Amerikan “qırğılarının” çoxu - millətçilərdir, onlar kor-koranə silahın gücünə inanırlar və hesab edirlər ki, hərbi gücdən daha vacibi yoxdur. Əslində isə Vaşinqtonun gücü və nüfuzu tək superdövlət statusunu qoruyub-saxlamağa yetərli olsa belə, o, hər bir ölkənin və xalqın həyatını idarə edə bilməz. Tarixdə mövcud olmuş bütün imperiyalar, onların əsas maraqlarına toxunmadığı halda, kompromisə getməli idilər. O cümlədən, ABŞ, vacib ölkələrin rəyi və real şərait olmadan, Şərqi Asiyada strateji xəritəni dəyişə bilməz. ABŞ, həmçinin Çinə qarşı təzyiq göstərmək gücündə də deyil. ABŞ-ın özünü doğrultmayan risklərlə Şərqi Asiyada siyasət yürüymək niyyəti də yoxdur. Çünki bunun onun əsas maraqları ilə heç bir bağlılığı yoxdur.Ona görə də belə bir siyasət, sadəcə, onun regionda mövqeyini zəiflətməyə xidmət edir. ABŞ tərəfi bu məsələdə çeviklik nümayiş etdirməlidir.
Əgər ABŞ bununla razılaşmasa, onda biz gələcək münaqişələrin şahidləri olacağıq”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info