“Eurasia Hoy” qəzeti: “Azərbaycanın tərəqqisi göz qabağındadır”
Tarix: 26.08.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Amerikada çıxan ispandilli “Eurasia Hoy” qəzetində beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, yunan mifologiyasına görə, odu allahlardan oğurlayıb insanlara gətirmiş Prometeyi zəncirləyərək Qafqaz dağlarına bağlayıblar. Çox vaxt “Odlar Yurdu” adlanan Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. P.Teyz yazır ki, Azərbaycan iqtisadiyyatının və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf xəttinin təməli məhz bu təbii ehtiyatlar olub.
Müəllif bildirir ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz coğrafi mövqeyi ilə əlaqədar çətinliklərlə üzləşmişdi. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ lokal müharibələri regionun iqtisadiyyatı üçün də problemlər yaradırdı. Bu çətinliklərə baxmayaraq Prezident Heydər Əliyev ölkədə dövlətçiliyi yenidən qurmağa nail oldu. Ekspert qeyd edir ki, Heydər Əliyev uzaqgörən rəhbər idi. O, maliyyə sahəsində qayda yaratmağa, regionda sabitliyə, Bakıda demokratik təsisatlar yaratmağa nail oldu.
P.Teyz daha sonra Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumat verərək qeyd edir ki, 35 min insanın həlak olması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyata da mənfi təsir göstərib. 2000-ci illərin əvvəlindən etibarən ölkədə iqtisadi tərəqqi daha çox nəzərə çarpır. Bakı xaricdən sərmayələr cəlb etməklə dünyanın ən dinamik, yeni texnologiyalara əsaslanan iqtisadi mərkəzlərindən birinə çevrilib.
Müəllif daha sonra Azərbaycanın iqtisadi inkişafına dair statistik məlumatlara istinad edərək göstərir ki, 2002-2006-cı illərdə Azərbaycanda dövlət gəlirləri iki dəfə, 2006-2008-ci illərdə isə üç dəfə artıb. 2008-ci ildə dünya iqtisadi böhranı ucbatından Azərbaycanda iqtisadi inkişaf sürətinin nisbətən azalması müşahidə edilirdi, lakin az sonra Azərbaycan iqtisadiyyatı canlandı. Azərbaycanda adambaşına ümumi daxili məhsulun xeyli artması da bu meyli təsdiqləyir. Prezident Heydər Əliyevin və ölkənin indiki rəhbəri İlham Əliyevin möhkəm iradəsi sayəsində Azərbaycan çox qısa müddətdə gəlirlərin səviyyəsi aşağı olan ölkədən bu göstəricinin səviyyəsi orta olan ölkəyə çevrildi.
Müəllif sonda yazır ki, Azərbaycan rəhbərliyi 2014-2015-ci illərdə qeyri-neft sənayesinə xarici sərmayələrin həcminin artırılmasını stimullaşdırmaq mexanizmlərinə dair təkliflər paketi hazırlayır. Bu təkliflərə uyğun olaraq, yerli istehsalın həcmi, işçi qüvvəsinin məhsuldarlığı və ölkənin özündə istehsal edilən malların rəqabət qabiliyyəti artacaqdır. Ekspert Azərbaycanı tezliklə Dünya Ticarət Təşkilatına (DTT) daxil etməyə çağırır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edilib - VİDEO
07.04.2020
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07.04.2020
Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır
07.04.2020
Azərbaycan Ordusunun növbəti sülhməramlı qrupu Cənubi Sudanda fəaliyyətə başlayıb
06.04.2020
Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info