Kağız əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilməzsə, hüquqi olmayacaq
Tarix: 26.08.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Bakıda işəgötürənlərin əmək müqaviləsi bildirişi üzrə EİS-dən
istifadəyə dair sualları cavablandırılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Yasamal və Qaradağ rayonlarının işəgötürənləri üçün "Açıq qapı" günü-vətəndaş forumu keçirib. Forumda ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin cari il iyulun 1-dən istifadəyə verildiyi nəzərə çatdrılıb. Qeyd olunub ki, əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Yəni bu gün işçi ilə işəgötürən kağız üzərində əmək müqaviləsi bağlayır, lakin onu elektron informasiya sisteminə daxil edərək əmək müqaviləsi bildirişi əldə etməmişdirsə həmin müqavilə hüquqi qüvvəyə malik olmur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun elektron informasiya sisteminə daxil edilməsi şərtdir.
Tədbirdə vurğulanıb ki, əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi əmək qanunvericiliyinə dövlət nəzarətinin əhəmiyyətli dərəcədə güclənməsinə, işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına gətirib çıxaracaqdır. Qeydiyyatdan keçirilmiş əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat forması olmaqla, həmin müqavilədə göstərilən hüquqlarının icrasını işəgötürəndən tələb etmək üçün onlara hüquqi əsas verir. İşəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınacaqdır. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşmaq və əməl etmək məcburiyyətində qalacaq, işçilərin əmək hüquqlarının qorunması daha keyfiyyətlə həyata keçiriləcək.
Forumda işəgötürənlərin sualları ətraflı cavablandırılıb, sistemdən istifadə qaydaları əyani nümayiş etdirilib. Eyni zamanda, EİS-dən istifadədə işəgötürənlərə əməli köməklik göstərilməsi üçün bütün bölgələrdə “Yardımçı masaları”n yaradıldığı, müvafiq metodiki göstərişlərin və yardımçı materialların ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirildiyi, Nazirliyin "142-Çağrı mərkəzi"nin müvafiq məlumatlandırma funksiyalarını yerinə yetirdiyi də işəgötürənlərin diqqətinə çatdırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info