“Forbes“: “Avropa Birliyi Ukraynanı xilas etmək niyyətində deyil”
Tarix: 26.08.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Amerikanın "Forbes" jurnalında Mark Adomanisin Avropa Birliyinin son dövrlərdəki fəaliyyəti barədə məqaləsi dərc edilib. Məqalə mübahisə doğuracaq bəzi nüanslarla müşahidə olunsa da, bunları müəllifin subyektiv fikirləri kimi də qəbul etmək olar. Avropa Birliyinin son yeddi ildə çətin günlərini yaşadığını idda edən müəllif, bunu iqtisadiyyatın tənəzzül dövrünü yaşaması ilə əlaqələndirir: “Hazırda Avropa ÜDM-ində yaşanan tənəzzül böyük depressiya zamanı yaşanan enişdən də güclüdür. Bu, açıq şəkildə deflyasiya təhlükəsini yaxınlaşdırır. İşsizlik, Almaniya istisna olmaqla, hər yerdə hələ də yüksəkdir. Belə ki, işsizlik göstəricisi Yunanıstan və İspaniyada 25%, Portuqaliya, İtaliya və Fransada isə 10%-dən çoxdur. Gözlənilən proqnozlar isə ümidverici görünmür: 2014-cü ildə artım demək olar ki, gözlənilmir. 2015-ci ildə isə bunun çox cüzi olacağı gözlənilir.
Bu vəziyyət o qədər çıxılmaz və ümidsiz görünür ki, amerikalı iqtisadçı, mədəniyyət və iqtisadiyyat üzrə mütəxəssis Tayler Kouen bunu XIX əsrdə Hindistanda yaşanan “deindustrialization” (sənayeləşmənin zəifləməsi) ilə müqayisə edir.
Avropa iqtisadiyyatı ilə yanaşı, siyasət sahəsində də vəziyyət ürəkaçan deyil. Belə ki, bu ilin may ayında Avropa Parlamentinə keçirilən son seçkilərdə görünməmiş qələbəni avroskeptiklər və “zolaqlı” radikallar qazandı. Hətta yorulmadan Avropa İttifaqını reklam edən “The Economist” həyəcan təbili çalaraq, etiraf etdi ki, “Avropada federalizm qalası” keçmiş “antiavropa meydanına” çevrilir. Bundan əlavə, Macarıstan prezidenti Viktor Orban, demək olar ki, "liberal demokratiya»ya qarşı müharibəni rəsmiləşdirdi.
Müəllif yuxarıda sadalananlara istinadən, bir daha Avropa İttifaqının tənəzzül dövrü keçirdiyini dilə gətirərək bildirir ki, artıq təşkilatda siyasi radikalizm elə bir qorxulu səviyyəyə çatıb ki, bu prosesin nəyə gətirib çıxaracağını təxmin etmək çətindir . Belə olan halda, Avropa İttifaqı başqa birinə kömək etmək iqtidarında deyil. İqtisadi dildə desək, onun pulu, siyasi cəhətdən isə “genişləndirilmə” iradəsi yoxdur. Lakin bəziləri bunu hələ də başa düşmürlər. Məsələn, İsveçin xarici işlər naziri Karl Bildt bu yaxınlarda özünün «Twitter» səhifəsində yazıb: «Kansler Merkel Donbasın yenidən bərpa olunmasında Avropa yardımından yararlanması məsələsini qaldırmalıdır. Bu, baha da olsa lazımdır».
Avropa İttifaqı Donbasın bərpasına kömək etməyəcək.
Hətta, bunun üçün vəsait olsa belə. Bundan əlavə, alman cəmiyyəti Avropaya qəti şəkildə yardım etmək istəmir. Düşünürəm ki, Almaniya Şərqi Ukraynanın yenidən qurulması üçün on milyardlarla dollar sərf etməyə razıdırsa, bu siyasi reallıqda «görməzlik» deməkdir. Məgər, kansler Merkel 2014-cü ildə alman iqtisadiyyatının 1,5% azalmasının proqnozlaşdırıldığı bir dövrdə Ukrayna infrastrukturuna xərclər ayırmaq üçün alman ictimaiyyətinə bəyanatla müraciət edə bilərmi? Belə bir hərəkət Merkel siyasəti haqqında “siyasi intihar” anlayışını işlətməklə nəticələnərdi. Ukrayna və onun siyasi rəhbərliyi isə dərk etməlidir: "Avropa seçimi" Ukraynaya heç nə ödəmək niyyətində deyil. Kiyev öz kursunu özü həll etməli, böyük xərcləri ödəmək üçün özü yol tapmalıdır.

Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info