Diasporumuz Macarıstan Parlamentinə müraciət edib
Tarix: 26.08.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Macar-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Macarıstan Parlamentinə müraciət ünvanlayıb. Müraciətdə münaqişə haqqında məlumat verilərək bildirilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə başlayıb və 1991-1994 illərdə aktiv fazaya keçən müharibə nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bölgədə yaşayan bir milyon insan məcburi köçkün düşüb. “...890 şəhər, kənd və qəsəbə erməni silahlı qüvvələri tərəfindən zəbt edilib. Müharibədə 30 min azərbaycanlı şəhid olub, 100 min nəfər yaralanıb, 50 min insan əlil olub. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4 min 852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürülüb”.
Müraciətdə Xocalı faciəsi də xatırladılır və bildirilir ki, erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən böyük faciəsi “Xocalı soyqırımı” törədilib: 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 nəfər Xocalı sakini bir gecədə qətlə yetirilib.
Macarıstan Parlamentinə ünvanlanmış müraciətdə daha sonra deyilir: “...BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsinə dair 822, 853, 874, 884 saylı qətnamələri hələ də yerinə yetirilməyib. Bu gün Qarabağ münaqişəsində atəşkəs rejimi tətbiq olunsa da, hər il qarşı tərəfin atəşkəsi pozması nəticəsində onlarla insan həyatını itirir. Artıq 1995-ci ildən keçən atəşkəs dövrü ərzində Azərbaycan beş mindən artıq hərbiçisini itirib. 2014-cü ilin səkkiz ayı ərzində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycan ordusunun 23 hərbçisi və onlarla dinc sakin həlak olub. İyul ayının sonundan başlayaraq Ermənistan tərəfindən atəşkəsin pozulması halları daha da intensivləşib. Ermənistanın təcavüzkar ordusu cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun müdafiənin ön xəttində yerləşən mövqelərindəki postlara bir neçə dəfə basqın etməyə cəhd göstəriblər. Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən 13 Azərbaycan əsgəri həlak olub. Erməni ordusu Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilər də şiddətli atəşə məruz qoyub və nəticədə bir nəfər mülki şəxs həyatını itirib, bir nəfər isə ağır yaralanıb”.
Macar-Azərbaycan Dostluq Cəmiyyəti Macarıstan Parlamentinin üzvlərini və ölkə ictimaiyyətini bütün bunlara biganə qalmamağa çağırır.

Fuad





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info