Gimnastımız Baltik ölkələri Kubokunda qızıl medal qazanıb
Tarix: 26.08.2014 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Polşanın Rumya şəhərində bədii gimnastika üzrə 10-cu Baltik ölkələri Kuboku başa çatıb. Azərbaycan milli komandasının lideri Marina Durunda çoxnövçülük yarışlarında gözəl nəticə göstərərək hakimlərdən 72,400 xal qazanıb.
Azərbaycan gimnastı İsrailin iki nümayəndəsini - 71,800 xal qazanmış Neta Rivkini və Viktoriya Filanovskini (69,550 xal) qabaqlayaraq qızıl medal əldə edib. M.Durunda həmçinin gürzlə çıxışına görə qızıl, topla və halqa ilə çıxışlarına görə iki gümüş medal qazanıb. Azərbaycanın digər nümayəndəsi Gülsüm Şəfizadə bürünc mükafatçıdan azacıq geri qalaraq dördüncü nəticə göstərib. Turnirdə Azərbaycanı Nilufər Niftəliyeva və Ayşən Bayramova da təmsil ediblər. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva öz şagirdlərinin uğurlarını şərh edib. O deyib: “Marinanın çıxışı məni çox sevindirir, o, yarışdan-yarışa daha da mükəmməlləşir. Topla çıxışına görə finala çıxa bilmiş Ayşən Bayramovanı xüsusi qeyd etmək istəyirəm, axı onun üçün bu turnir ilk ciddi start idi”. Dünya Çempionatınadək gimnastlarımızı daha bir start gözləyir. Sentyabrın 5-6-da Kazanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. Bu yarışda Azərbaycanı Ayşən və Nilufər təmsil edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info