“Suriya ərazisində hər hansı hava əməliyyatı həyata keçirilsə...”
Tarix: 26.08.2014 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


“Dəməşqdən icazəsiz Suriya ərazisində silahlı islamçılara qarşı hər hansı əməliyyat olacağı təqdirdə sərt tədbirlər görüləcək”. Bu bəyanatla Suriya xarici işlər naziri Vəlid əl-Müəllim çıxış edib. O, ölkəsinin terrora qarşı əməkdaşlığa açıq olduğunu, “İŞİD” qruplaşmasına qarşı hər hansı tədbirlərə əməkdaşlıq edə biləcəklərini dilə gətirib: “Suriyanın suverenliyinə hörmət edilməli və bu ölkənin hökuməti hər hansı danışıqlarda tərəf müqabili olmalıdır. Əgər Suriya ərazisində hər hansı hava əməliyyatı həyata keçirilsə, bizim havadan müdafiə sistemlərimiz dövrəyə girəcək”.
Nazir BMT Təhlükəsizlik Şurası tərəfindən “İŞİD” və “Əl-Nusra”ya qarşı 2170 saylı qətnaməyə toxunaraq, bu qətnamənin tətbiq olunmamasından narazılıq ifadə edib. O, ABŞ xüsusi xidmətlərinin “İŞİD”in əlindəki girovları qurtarmaq üçün bir müddət əvvəl Suriyada əməliyyat keçirməsi xəbərini də şərh edib: “Əgər belə əməliyyat olsaydı və bizimlə koordinəli şəkildə iş görülsəydi, uğursuzluqla nəticələnmə ehtimalı az olardı. Terrorçuların maliyyə mənbəyi və keçidləri bağlanmadan, “İŞİD” və “Əl-Nusra”ya endirilən hava zərbələri yetərli olmayacaq”.
Əl-Müəllim Tabka hərbi aeroportunun “İŞİD” tərəfindən ələ keçirilməsi faktını Dəməşqin qərarı ilə əlaqələndirib: “Suriya ordusu “İŞİD”in hücumlarının qarşısını dəfələrlə aldı, onlarla üzvlərini öldürdü. Amma bu dəfə əsgərlərimizin həyatını gözə alaraq, “İŞİD” üstünlüyü ələ almamış qüvvələrimizi texnika ilə birlikdə geri çəkdik, hava limanını boşaltdıq”. ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki isə bildirib ki, Pentaqon Suriyadakı silahlılara zərbə endirmək üçün Dəməşqin razılığını gözləmək niyyətində deyil: “Vətəndaşlarımızın həyatına ciddi təhlükə yaranarsa biz Suriya hakimiyyətinin razılığını gözləməyəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info