“Liviyadakı xaos ABŞ-ın birbaşa müdaxiləsinin nəticəsidir”
Tarix: 26.08.2014 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Liviyada vəziyyət pisləşməkdə davam edir. Proseslər ölkədəki xaosun daha da ağırlaşacağını göstərir. “Rosbalt” Rusiya xarici siyasət idarəsinə istinadən yazır ki, Liviyanı bürüyən genişmiqyaslı toqquşmalar bütün ölkə ərazisini əhatə etməyə
başlayıb.

Benqazi və Tripolidə cəmləşən silahlıların aktiv döyüş əməliyyatları dövlət hakimiyyəti sisteminin dağılmasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, xalq səsverməsi yolu ilə seçilən legitim parlament-Deputatlar Palatası keçmiş qanunverici orqan olan Ümummilli Konqres tərəfindən qeyri-legitim elan edilib. Konqres öz fəaliyyətini bərpa edərək səlahiyyətlərinin icrasını davam etdirəcəyini elan edib. Artıq Konqres Omar əl-Xasini yeni qurulacaq hökumətin başçısı təyin edib. Rusiya XİN-in məlumatında deyilir: “Bu gün faktiki olaraq Liviyada iki parlament və Nazirlər Kabineti fəaliyyət göstərir. Amma bu strukturların heç biri ölkədə vəziyyətə effektiv şəkildə nəzarət edə bilmir. Liviyada 2011-ci ildə Qəzzafinin devrilməsindən sonra müasir demokratik dövlət yaratmaq prosesi dalana dirənib. Belə olan halda ölkənin taleyi siyasi hakimiyyət, təbii və maliyyə ehtiyatlarına nəzarət uğrunda mübarizə aparan ayrı-ayrı silahlı qruplaşmalardan asılıdır. Həmin silahlı qruplaşmaların bir çoxu isə terrorçu ekstremistlərə dəstək verir. Rusiya xarici siyasət idarəsi hesab edir ki, Liviyada indiki xaos vəziyyəti ABŞ və onun NATO-dakı müttəfiqlərinin ölkəni məcburi və zorakı şəkildə “demokratiyalaşdırmaq” üçün ölkə daxili münaqişəyə məsuliyyətsizcəsinə müdaxiləsinin birbaşa nəticəsidir. Bunun əvəzini isə minlərlə liviyalı öz canı və sosial-iqtisadi infrastrukturun tam şəkildə dağılması ilə ödəyir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info