Həcc ziyarətinə gedənlərin kvotası xeyli artırılıb
Tarix: 27.08.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların kvotasında dəyişiklik olub və ziyarətə gedəcək zəvvarların sayı xeyli artıb. QMİ-dən verilən məlumata görə, nəzərdə tutulan 3200 nəfərlik kvota artırılaraq 4100 nəfərə çatdırılıb.
Buna səbəb ziyarətə getmək üçün sənəd verənlərin kifayət qədər çoxluğu olub. Bundan başqa, artıq zəvvarların qruplara bölgüsü də başlayıb və yaxın zamanda zəvvarların neçə qrupda səfərə çıxacaqları məlum olacaq. Qeyd edək ki, bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. 4100 zəvvarın tam yarısı 4100 manatlıq variantla, yəni VİP şəraitdə ziyarətə gedənlərdir. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-də Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq. Xatırladaq ki, Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu fevralın 13-dən başlayıb.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Bu il Azərbaycanda sahibkarlıqla bağlı Koordinasiya Şurası yaradılacaq
04.04.2020
İşsiz vətəndaşlar üçün 50 min ictimai iş yeri yaradılır
04.04.2020
Azərbaycan ərazisinə giriş-çıxış və yerli hava uçuşları dayandırılıb
04.04.2020
Naxçıvanda döyüş atışlı taktiki təlim keçirilib
04.04.2020
Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info