Təmizləyici qurğularda profilaktiki təmir işləri həyata keçirilir
Tarix: 27.08.2014 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) xidmət sahələrinə daxil olan sənaye-çirkab, axıntı, məişət sularının təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, keyfiyyətin daha da yaxşılaşdırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlər həyata keçirir.
QSC-dən bildiriblər ki, müəssisənin tullantıların emalı departamenti bu məqsədlə Heydər Əliyev adına Bakı neft emalı zavodunun və “Azərneftyağ” neft emalı zavodunun istehsalat sahələrində istismarda olan mexaniki təmizləyici qurğularda mütəmadi olaraq profilaktiki təmir işləri aparır, qurğularda yığılmış neftşlam təkrar emal olunaraq zərərsizləşdirilir.
Cari ilin müvafiq dövründə mexaniki təmizləyici qurğular sistemində, həmçinin dekantor və trikantor qurğularında zəruri profilaktiki təmir işləri yerinə yetirilib. Hazırda departamentin 6-cı sahəsində mexaniki təmizləyici qurğular sisteminin ikinci çökdürücü gölündə təmizləmə və təmir işləri aparılır. Eyni zamanda, qurğuların istismar müddətinin artırılması və texniki şərtlərin təmin edilməsi üçün rəngləmə işləri görülür.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Bu il Azərbaycanda sahibkarlıqla bağlı Koordinasiya Şurası yaradılacaq
04.04.2020
İşsiz vətəndaşlar üçün 50 min ictimai iş yeri yaradılır
04.04.2020
Azərbaycan ərazisinə giriş-çıxış və yerli hava uçuşları dayandırılıb
04.04.2020
Naxçıvanda döyüş atışlı taktiki təlim keçirilib
04.04.2020
Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info