Prezident Allahşükür Paşazadəni təbrik edib
Tarix: 27.08.2014 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Prezident Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib: “Hörmətli Şeyx həzrətləri! Sizi - tanınmış din xadimini 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mənəvi-əxlaqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə sadiqliyinin təmin olunması istiqamətində Siz uzun illərdən bəri uğurla fəaliyyət göstərirsiniz. Sizin iştirakınızla müstəqillik illərində müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanması xalqımızın dini maariflənməsinə misilsiz ərməğandır. Ölkəmizdə gənc nəslin islam adət-ənənələri ruhunda formalaşması işində gərgin əməyiniz təqdirə layiqdir.
Siz islam dünyasında dinə dair sanballı araşdırmalarınızla ilahiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfranslardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və islam dünyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmişdir. Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermiş taleyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsl vətəndaş münasibəti Sizə böyük hörmət qazandırmışdır. Qanlı Yanvar hadisələri zamanı tutduğunuz mövqe şəxsiyyətinizin bütövlüyünü təzahür etdirir. Müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaqla Siz dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bu gün də töhfələr verirsiniz. Ölkəmizin dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz. Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə xidmət göstərəcəksiniz”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info